Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
794

Tanınmış mədəniyyət yazarı, mərhum jurnalist Tahir Abbaslının kitabının təqdimatı keçirilib

Sentyabrın 21-də Azərbaycan Mətbuat Şurasında ustad jurnalist, yazıçı-publisist Tahir Abbaslının (1948-2021) “Publisistik taktlar” kitabının təqdimatı keçirildi. “Mədəniyyət” qəzetinin layihəsi olan nəşr Tahir Abbaslının vəfatından sonra işıq üzü görüb.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Tahir Abbaslını peşəkar, kəsərli qələmi, özünəməxsus üslubu olan və ən əsası, peşəsinə hər zaman vicdanla yanaşan, mətbu sözün dəyərini uca  tutan jurnalistlərdən biri kimi tanıdığını dedi. Qeyd etdi ki, mərhum jurnalist bu yüksək peşə keyfiyyətlərini uzun illər çalışdığı mətbuat orqanlarında, eləcə də Azərbaycan Radiosu və Televiziyasında fəaliyyəti dövründə sübut edib. Tahir Abbaslının jurnalist ömrünün son illəri "Mədəniyyət" qəzeti ilə bağlı olub. Təqdim olunan kitabda onun  "Mədəniyyət" qəzetində çap olunmuş publisistik yazılarından seçmələr toplanıb. Əflatun Amaşov nəşrin ərsəyə gəlməsinə görə “Mədəniyyət” qəzetinin kollektivinə təşəkkürünü bildirdi.

“Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev təqdimat mərasiminin təşkilinə görə Mətbuat Şurasına təşəkkürünü bildirdi. Qeyd etdi ki, Tahir Abbaslının incəsənət, ədəbiyyat, tarixi-mədəni irslə bağlı yazıları bədii publisistikanın dəyərli nümunələridir. Nəşrdə onun “Mədəniyyət” qəzetində dərc olunmuş Azərbaycan söz-sənət irsi ünvanlı, böyük sevgi və yüksək publisistik dillə qələmə alınmış yazılarından 55 nümunə yer alıb. Kitabda yazılar “Musiqidə obrazlaşanlar”, “Söz ömrü qazananlar”, “Səhnə və ekran fədakarları”, “Rənglərin dünyasından” və “Tarixi yaddaş” adı ilə beş bölmədə təqdim edilir.

Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin rəhbəri, Əməkdar jurnalist Tahir Aydınoğlu uzun illər dost və həmkar olduğu Tahir Abbaslı haqqında fikirlərini bölüşdü. Bildirdi ki, onu həyat özü jurnalistikaya hazırlamışdı: “Tahiri ilk vaxtlarda tanıdan Azərbaycan Radiosundakı fəaliyyəti olub. Onu sonra televiziyaya dəvət etdilər. O, ömrü boyu sadə həyat yaşadı. Tahirin əziz xatirəsi həmkarlarının, onun qələminin dəyərini  bilən oxucuların qəlbində yaşayacaq”.

Tədbirdə daha sonra AMEA Folklor İnstitutunun şöbə müdiri Əli Şamil, “Şuşa” qəzetinin redaktoru, tədqiqatçı Vasif Quliyev, diaspor fəalı Qənimət Səfərov, “Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi” İctimai Birliyinin sədri Mədət Məmmədov, şair-tərcüməçi Akif Əhmədgil, "Xalq qəzeti"nin əməkdaşı Namiq Əhmədov, "Mədəniyyət" qəzetinin baş redaktor müavini Fariz Yunisli, qəzetin əməkdaşı Həmidə Rüstəmova və başqaları çıxış edərək Tahir Abbaslının yüksək peşəkarlıq və insani keyfiyyətlərindən söz açdılar, xatirələrini bölüşdülər.

Bildirildi ki, Tahir Abbaslı bütün həyatı boyu sözlə nəfəs alıb. O, fəaliyyəti dövründə həmişə haqq-ədalətin carçısı olub, milli düşüncənin yorulmaz təbliğatçısı kimi tanınıb.

Qeyd edək ki, “Mədəniyyət” qəzetinin redaksiyası tərəfindən hazırlanan kitab “Mütərcim” nəşriyyatında işıq üzü görüb. Kitabın tərtibçisi Fariz Yunisli, redaktoru Vüqar Əliyev, dizayneri Cavid Sərxanbəyli, korrektoru Səbinə Əlibalaqızıdır.

Tahir Heydər oğlu Abbaslı 1948-ci il sentyabrın 25-də Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1958-ci ildə ailəsi Füzuli rayonunun Əhmədalılar kəndinə köçüb. O, hələ BDU-nun Jurnalistika fakültəsində təhsil alarkən “Bakı”-“Baku” axşam qəzetlərində çalışıb. 1977–1994-cü illərdə Azərbaycan Teleradio Verilişləri Komitəsində redaktor, böyük redaktor, şöbə müdiri və studiya direktoru vəzifələrində çalışıb, “Səhər” proqramının yaradıcılarından olub. 1994–2004-cü illərdə müxtəlif qəzetlərdə fəaliyyət göstərib. 2004-cü ildən taleyini “Mədəniyyət” qəzeti redaksiyası ilə bağlayıb, müxbir, şöbə müdiri, redaktor vəzifələrində çalışıb. Tahir Abbaslı həm də maraqlı hekayə və esselərin müəllifi idi. 2021-ci il iyulun 18-də vəfat edib.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!