Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
791

“Yaradıcı iqtisadiyyata dəstək, maliyyəyə çıxış”

“Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans sentyabrın 20-də Bakıda panel iclaslarla işini davam etdirdi. Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə reallaşan konfransın üçüncü paneli “Yaradıcı iqtisadiyyata dəstək, maliyyəyə çıxış” mövzusuna həsr olunmuşdu.

Panel müzakirəsi başlamazdan əvvəl "BeNear" şirkətinin təsisçisi və baş icraçı direktoru Lyudmila Livertovski “Mədəniyyət iqtisadi inkişafın mühərriki kimi” mövzusunda çıxış etdi.

Daha sonra panel müzakirəsinə başlanıldı. İlk olaraq konfransın moderatoru, startaplar üzrə tanınmış mütəxəssis Tal Katran çıxış edərək qonaqları təqdim etdi.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri Rəşad Hüseynov çıxışında dedi ki, təmsil etdiyi qurumda yaradıcı sənaye və digər sahələrlə bağlı araşdırmalar aparılır: "Mərkəz olaraq ölkə başçısının iyul ayında təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Srategiyası"nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini həyata keçirəcəyik. Monitorinqin nəticələri ilə bağlı hesabatlar hazırlanacaq. Proqramların monitorinqinə peşəkar yerli və xarici ekspertlər də cəlb olunacaq".

İnvestisiya məsləhətçisi, şəxsi kapital mütəxəssisi Rahul Yadav bir sıra şirkətlərlə əməkdaşlıqlarının olduğunu söylədi: "Həmin şirkətlərin özləri müxtəlif inkişaf mərhələlərindədir. Biz çalışırıq ki, startaplar üçün sürətlə inkişaf edə biləcək maliyyə vasitələri tapaq".

Maliyyə və davamlı inkişaf məqsədləri mütəxəssisi Karl Rheinberger Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi üçün kifayət qədər potensialın olduğunu vurğuladı.

Daha sonra Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri Təbriz Əliyev "Azərbaycanın mədəniyyət sektorunun iqtisadi artıma təsirini formalaşdıran amillər", Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əlövsət Əliyev isə "Qarabağ iqtisadiyyatının mədəni sahələrinin səmərəli formalaşdırılmasında və idarə edilməsində rəqəmsal transformasiya məsələləri" mövzularında təqdimatlarla çıxış etdilər.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib