16.09.2022 11:25
Mədəniyyət naziri Anar Kərimov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.
15 sentyabr tarixində mədəniyyət naziri Anar Kərimov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyla görüşüb.
Tərəflər Azərbaycan və Rusiya mədəni əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.
Görüşdə gələcəkdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı həyata keçiriləcək layihə və planlar müzakirə olunub.