Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1780

Şuşadan mədəniyyət iqtisadiyyatı ilə bağlı mesajlar səslənəcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 18-20 sentyabr tarixlərində Şuşa və Bakı şəhərlərində Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

“Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə gerçəkləşəcək tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub.

Birinci hissəsi Şuşada, ikinci hissəsi isə Bakıda keçiriləcək beynəlxalq konfransda 15-ə yaxın ölkədən sahə üzrə ekspertlər, eləcə də yerli mütəxəssislər mədəniyyət iqtisadiyyatı ilə bağlı aktual məsələləri müzakirə edəcək və bu istiqamətdə öz təkliflərini təqdim edəcəklər.

Tədbirin əsas məqsədi mədəniyyət sahəsində gəlirliliyin,  yaradıcı sənayelərin ölkə iqtisadiyyatında payının artırılması, yaradıcı sənayelərin ixrac potensialının gücləndirilməsi kimi məsələlərin müzakirəsi və bu sahəyə ictimai marağın təşviq olunmasıdır.

Konfransa dəvət olunan xarici ekspertlər mövzu üzrə beynəlxalq təcrübəni bölüşəcək və yerli iştirakçılarla qlobal tendensiyalara dair fikir mübadiləsi aparacaqlar.

Beynəlxalq elmi-praktik konfrans eyni zamanda Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı kimi statusunun beynəlxalq aləmdə təbliğinə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən artıq qısa müddət ərzində aparılmış bərpa və yenidənqurma işlərinin beynəlxalq aləmdə tanınmasına xidmət edəcək, həmin ərazilərdə mədəni və yaradıcı sənayelərin inkişafına töhfə olacaq.    

 

Beynəlxalq elmi-praktik konfrans barədə daha ətraflı məlumatlar aşağıda qeyd olunan sosial media hesablarında mütəmadi olaraq yayımlanır:

Facebook: Culture Economy in Azerbaijan: Development impulses from Shusha (https://bit.ly/3Bgzw4R)

İnstagram: culture_economy_az (https://bit.ly/3eLvPwz)

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb