Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1289

Əməkdar mədəniyyət işçisi İldırım Kasimov vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü İldırım Kasimov ömrünün 89-cu ilində vəfat etmişdir.

İldırım Əli-Nazir Kasimov 7 dekabr 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 1955-ci ildə Bakı Hərbi məktəbini, 1969-cu ildə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1956-cı ildən başlayan İ.Kasimov müxtəlif vəzifələrdə - Azərbaycan Dövlət Filarmoniyasında inzibatçı, konsert şöbəsinin müdiri, Mahnı və Rəqs Ansamblının direktoru vəzifələrində çalışmışdır. O, uzun illər ərzində Müslüm Maqomayevin rəhbərlik etdiyi kollektivin direktoru işləmiş, 60-cı illərdə görkəmli müğənninin səhnə fəaliyyəti zamanı onun keçmiş SSRİ-nin bütün regionlarına qastrol səfərlərinin təşkilatçısı olmuşdur. İ.Kasimov 1966-1968-ci illərdə Bakıda "Təranə” musiqi valları fabrikini sıfırdan dirçəltmiş, Müslüm Maqomayevin orkestrini yaratmış, Azərbaycan SSR Dövlət Konsert Ansamblının yaradıcılarından və yeganə rəhbəri olmuşdur. Onun təşkil etdiyi bütün konsertlər sovet respublikalarında izdihamla başa çatırdı. Əbəs yerə Dahi Müslüm Maqomayev öz kitabında İldırım Kasimovu ikinci Solo Erok - Dahi İmpresario, qastrol ustası adlandırmamışdı. Qeyd etmək lazımdır ki, onlar birlikdə Kremlin Qurultaylar Sarayında "Qəhrəmanlara əbədi xatirə” adlı konsert təşkil ediblər (Kremlin Qurultaylar Sarayında konsert təşkil etmiş Azərbaycan SSR-nin ilk nümayəndələri).

İ.Kasimov 1978-2004-cü illər ərzində “Azərkonsert” Dövlət Qastrol-Konsert Birliyinin baş direktoru kimi bir çox irimiqyaslı, dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli tədbirlərin, yubiley gecələrinin  keçirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti göstərmişdir. Azərbaycanın, eləcə də SSRİ-nin digər respublikalarının estrada və mədəniyyətlərinin korifeyləri ilə işləmişdir: Rəşid Behbudov, Maestro Niyazi, Tofiq Quliyev, Zeynəb Xanlarova, Çingiz Sadıqov, Tahir Salahov, Mehdi Məmmədov, Tələt Qasımov, Fərhad Bədəlbəyli, Vaxtanq Kikabidze, Gennadi Xazanov, Oleq Tabakov, Layma Vaykule, Alla Puqaçova.

Onun kollektiv arasında sıx birlik yaratma bacarığı, hər bir işçinin rəhbər kimi qeydinə qalması İ.Kasimovu çalışdığı kollektivlərə sevdirmiş, hörmət qazandırmışdır.

İ.Kasimov 2009-2012-ci illərdə Beynəlxalq Muğam Mərkəzinin direktor müavini vəzifəsində işləmiş, 2013-2021-ci illərdə SSRİ Xalq Artisti Zeynəb Xanlarovanın Dövlət Ansamblının direktoru olmuşdur.

O, mədəniyyət sahəsində fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2006-cı ildə Əməkdar mədəniyyət işçisi fəxri adına, 2007-ci ildə Prezident təqaüdünə layiq görülmüşdür.

İldırım Kasimov 15 sentyabr 2022-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Gözəl insan İldırım Kasimovun əziz xatirəsi musiqisevərlərin, onun həmkarlarının qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb