Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1614

Mədəniyyət naziri Anar Kərimov Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etdi

“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 5-ci bəndinə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Hüseyn Cavidin ev-muzeyi əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülən zəruri tədbirlər çərçivəsində nazir Anar Kərimov, nazir müavini Sevda Məmmədəliyeva və Nazirliyin Aparatının Muzey, qalereya və sərgilər şöbəsi Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etdilər.

Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı Nazirlik nümayəndələrini qədim zamanlardan başlayaraq bu günədək Azərbaycan tarixini əks etdirən 300 minədək eksponatın qorunub saxlanıldığı muzeyin fondları ilə tanış etdi. Eyni zamanda, muzeyin nəşrləri və ekspozisiyada sərgilənən dəyərli eksponatlar barədə məlumat verdi. O, həmçinin muzeydə fəaliyyət göstərən bərpa laboratoriyası və burada həyata keçirilən bərpa və konservasiya işlərindən danışdı.

Nazir Anar Kərimov çıxış edərək Milli Azərbaycan Tarixi Muzeyinin elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətinin davam etdirilməsinin zəruriliyindən bəhs etdi. O, həmçinin zəngin tariximizin daha düzgün təqdim edilməsinə, bu tarixdə indiyədək yol verilən bütün təhriflərin düzəldilməsinə ehtiyac olduğunu vurğuladı. Nazir qeyd etdi ki, muzeydə tədqiqat işinə böyük diqqət ayrılmalı, bu sahədə çalışan əməkdaşların peşəkarlığı artırılmalı və araşdırmaların xarici dillərə tərcüməsi təmin olunmalıdır. Bununla da Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, mədəni dəyərlərimizin tanınmasına, tariximizin qorunmasına töhfə verə biləcəyimizi muzey əməkdaşlarının diqqətinə çatdırdı.

Nazir Azərbaycan xalqının tarixi və mədəni ənənələrini tədqiq və təşviq etdirən, habelə Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi mədəniyyət nümunələrinin toplanması, öyrənilməsi, nümayişi və təbliği istiqamətində xidmətlər göstərən Milli Azərbaycan Tarixi Muzeyinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərməsinin daha səmərəli işlərin həyata keçirilməsinə imkan verəcəyini vurğuladı.

Görüş çərçivəsində muzey əməkdaşları ilə tanışlıq və muzeyin gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparıldı.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb