03.08.2022 09:38
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il avqust ayının 31-də s
aat 10:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Ağstafa şəhəri, Hüseyn Arif küçəsi 1) Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.Vətəndaşlar 26 avqust 2022-ci il tarixinə qədər Nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.