Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1027

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub

30 iyul tarixində Hacıkənddə, Xan yaylağında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən II Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub.

Tədbirdə qonaqları oğuz elinin ağsaqqalı Dədə Qorqud qarşılayıb, xeyir-dua verib. Sonra nağaraçılar və igidlərin qılınc rəqsi nümayiş olunub.

Rəsmi açılış mərasimində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Gənclər və idman naziri Fərid Qayıbov, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, II Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, TİKA-nın Azərbaycan üzrə koordinatoru Fatih Yılmaz, Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov, həmçinin, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Festival iştirakçıları “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” kimi tematik guşələrlə tanış olublar.

Rəsmi açılış mərasimindən sonra yerli və xarici kollektivlərin iştirakı ilə konsert proqramı nümayiş olunub. Əvvəlcə Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” Uşaq Rəqs Ansamblı “Çobanlar” rəqsi ilə səhnədə yer alıb. Daha sonra Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, Gəncə Dövlət Filarmoniyasının solisti Rövşən Məmmədov, Özbəkistan Dövlət Konservatoriyasının Xarəzm bölməsinin nümayəndələri, “Aylanay” Dağıstan Noğay Dövlət Folklor-etnoqrafik Ansamblı, Təbrizdən “Barış” qrupu, türkiyəli sənətçi Kaya Kuzucu çıxış edib. Tədbirdə Akademik Musiqili Teatr, Dövlət Pantomima Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı və Bakı Dövlət Sirkinin kollektivi iştirak edib. Əlverişsiz hava şəraitinə görə bir neçə nömrə təxirə salınıb.

Xatırladaq ki, yaylaq festivalı sabah da davam edəcək.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi