Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
6032

Nazir Anar Kərimov Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimov iyulun 21-də Qəbələ rayon Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan sonra nazir icra başçısının müşayiəti ilə Qəbələdə bir sıra mədəniyyət müəssisələrinə və tarixi abidələrə baş çəkib.

Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən cari ildə əsaslı təmir edilən Qəbələ şəhər Uşaq incəsənət məktəbinə baxış keçirib. Bildirilib ki, 1969-cu ildə fəaliyyətə başlayan incəsənət məktəbində 332 şagird təhsil alır, 66 müəllim çalışır.

Qəbələ Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı nazirə məlumat verilib ki, 2007-ci ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyatının və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspozisiya yaradılıb. Burada ulu öndərin müxtəlif illərdə Qəbələyə səfərlərlə bağlı fotolar da nümayiş olunur.

Sonra nazir Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Məlumat verilib ki, muzeyin arxeologiya, etnoqrafiya, numizmatika, qədim əlyazmalar, nadir kitablar, xalq yaradıcılığının müasir nümunələri və rayonun təbii sərvətlərindən ibarət eksponatları, tarixi abidələri, əhalisinin etnik tərkibi, coğrafi şəraiti, bitki və heyvanat aləmi, mədəniyyətin və iqtisadiyyatın müasir vəziyyəti və onların inkişaf perspektivləri Qəbələ haqqında təsəvvür yaratmağa imkan verir. Muzeyin fondunda Qəbələdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş Antik və Orta əsrlərə aid artefaktlar da toplanıb.

Səfər çərçivəsində 130 min nüsxə kitab fondu olan Qəbələ rayon Mərkəzi Kitabxanasına da baxış keçirilib, kitabxananın fəaliyyəti barədə məlumat verilib.

Anar Kərimov rayon mərkəzindən təxminən 18 kilometr cənub-qərbdə, indiki Çuxur Qəbələ və Tövlə kəndləri ərazisində yerləşən, qədim Qəbələ şəhərinin qalıqları üzərində yaradılan Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Qəbələ Arxeoloji Mərkəzinə də baş çəkib, qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatlarla tanış olub. Tanışlıq zamanı məlumat verilib ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu 1978-ci ildə yaradılıb. Qoruq tarix, mədəniyyət, memarlıq, etnoqrafik, arxeoloji abidələrin, eləcə də tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi ərazini əhatə edir. 2005-ci ildən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar qoruq ərazisində qazıntılar aparır.

Nazir qoruqda “Qafqaz Albaniyasının paytaxtı – Qəbələ” filmini izləyib.

Daha sonra Anar Kərimov Qəbələdə arxeoloji qazıntıların aparıldığı Səlbir və Qala ərazilərinə də baxış keçirib.

Mədəniyyət naziri Qәbәlә rayonunun Nic qəsəbəsində Müqəddəs Məryəm Ana  kilsəsini (XIX əsr) və Müqəddəs Yelisey adına Cotari kilsəsini (XIX əsr) də ziyarət edib. Məlumat verilib ki, 2020-ci ildə Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Cotari alban-udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Kilsənin adı qəsəbədəki Cotari məhəlləsinin adından götürülüb.

Mədəniyyət müəssisələri ilə tanışlıqdan sonra nazir Anar Kərimov rayon Mədəniyyət Mərkəzində Qəbələ Xalq Teatrının üzvləri ilə görüşüb, Qəbələ və İsmayıllı rayonlarının bədii kollektivlərinin ifasında konsert proqramını izləyib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb