Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
615

Zaqatalada “Şuşa İlinə” həsr olunmuş bir sıra tədbirlər keçirilib

2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Şəki Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhərində cari ilin 27-29 aprel tarixlərində müxtəlif məzmunlu maarifləndirici silsilə tədbirlər təşkil edilmişdir.

Gənc mədəniyyət işçilərinə motivasiya təlimi ilə başlayan tədbirdə uğurun sirləri və məqsədyönlü fəaliyyətin nəticələrinə dair sahə əməkdaşları ilə fikir mübadiləsi aparılmışdır. Uğur hekayəsini bölüşən təlimçilər əlda olunan nailiyyətlərin davamlı və məqsədyönlü fəaliyyətə bağlı olmasını iştirakçıların diqqətinə çatdırmışdır.

Təlimin ardınca “Mədəniyyət sahəsində liderlik” mövzusunda debat keçirilmişdir. Mövzu ətrafında müzakirələr şəklində keçirilmiş debatlarda gənc mədəniyyət işçiləri öz fəaliyyətində rastlaşdığı müəyyən çətinlikləri qeyd etmiş və onların həlli istiqamətində hər bir gənc mədəniyyət işçisinin fərdi qaydada peşəkarlıq keyfiyyətlərinə yiyələnməsinin zəruriliyini bildirmişlər.

Silsilə tədbirlər çərçivəsində Zaqatala Tarix Mədəniyyət qoruğunda gənc mədəniyyət işçiləri arasında “Cıdır düzü” adlı intellektual yarışma səmimi və qeyri-rəsmi mühitdə təşkil olunmuşdur. Yarışmanın məqsədi gənc mədəniyyət işçələrinin hazırlıq səviyyəsinin artırılması, onlar arasında koordinasiyanı gücləndirmək və intellektual turnirlərdə iştirak səriştələrin formalasdırılmasını təmin etmək, cəld və analitik düşünmə bacarığını, gənclər arasında yoldaşlıq münasibələri və komanda ruhunun formalaşdırılıb inkişaf etdirilməsidir. Bilik yarışmasında Balakən, Qax, Oğuz, Şəki və Zaqatala rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçilərindən ibarət 5 komanda iştirak etmiş, yarışmanın qalibi işə Şəki komandası olmuşdur. Qalib komandaya Mərkəz tərəfindən sertifikat və hədiyyələr təqdim edilmişdir.

Tədbirin bədii hissəsində əsrlərdir yaşadılan multukulturalizm ənənlərinə uyğun müxtəlif xalqların rəqsləri, musiqiləri və mahnıları nümayiş olunmuş, yerli rəssamın rəsm əsarlərindən ibarət sərgiyə baxış keçirilmiş və  yerli xalqların dilində səsləndirilən şeirlər dinlənilmişdir. Tədbirin yekununda Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Tərlan Nəsibov qalibləri təbrik etmiş, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulamış və bu tipli silsilə tədbirlərin mədəniyyət sahəsinə verə biləcəyi tövhələrinin önəmini vurğulamışdırlar.

Mərkəzin cari ilin birinci yarımili üzrə iş planına uyğun olaraq mədəni marşrutların müəyyən edilməsi, həmçinin Zaqatala rayonun müəyyən yerlərinə baxış keçirilməsi məqsədilə, səfər çərçivəsində Mərkəzin əməkdaşları tərəfindən rayonun müxtəlif kəndlərinə ziyarət təşkil edilmişdir. Səfər zamanı avar dilli Makov, Dardoqqaz, Danaçı, sahur dilli Suvagil, Mamrıx və ingiloy dilli Əliabad kəndlərinə gedilmiş, bir neçə maraqlı məqam müəyyən olunmuşdur. Əldə olunan məlumatlar əsasında yeni iqtisadi yönümlü və regionun inkişafına xidmət edəcək mədəni marşrutların formalaşması məqsədilə müvafiq addımların atılması nəzərdə tutulur.

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel