Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1146

“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən “e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib. 
Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən təqdimatda mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək bildirib ki, qarşıdakı onillikdə qlobal çağırışlar, demək olar ki, bütün sektorlarda, o cümlədən mədəniyyət sektorunda məhz sürətli rəqəmsallaşma meyilləri ilə səciyyələnəcək. Hazırda ənənəvi mədəniyyət formatı getdikcə sıradan çıxır, yeni nəsil insanlar mədəniyyəti rəqəmsal prizmadan qəbul edir. Ölkəmizin sosial-iqtisadi sisteminin prioritetinə çevrilmiş rəqəmsallaşma həyatın bütün sahələrinə, o cümlədən insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edir. Bütün bu reallıqlar nəzərə alınaraq “Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası” təsdiq edilib və strategiyanın icrası ilə bağlı işlərə başlanılıb. 
Qeyd olunub ki, qarşıdakı üç ildə mədəniyyət sahəsinin rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması, data əsaslı rəqəmsal idarəetmə modelinin və vahid inzibatlaşma siyasətinin tətbiqi, informasiya sistemlərinin və ehtiyatlarının təkmilləşdirilməsi, xidmətlərin yenidən layihələndirilməsi və elektronlaşdırılması, inteqrasiya imkanlarının genişləndirilməsi, daxili idarəetmə proseslərinin avtomatlaşdırılması – ümumilikdə 10 prioritet istiqamət üzrə    100-dən çox tədbirin həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə rəqəmsal idarəetmə prosesini təşkil etmək üçün İşçi qrupu yaradılıb, “e-Culture’’ strategiyasının tədbirlər planı təsdiq edilib. Bütün klasterlər üzrə mövcud vəziyyət təhlil olunub və ehtiyaclar müəyyənləşdirilib. Strategiyanın əhatə etdiyi dövr ərzində elektron xidmətlərin “tam elektron xidmət" şəklində təqdim edilməsi 80%, digər istiqamətlər isə tam şəkildə həll olunub. Eyni zamanda qarşıdakı dövr ərzində Dövlət Xidmətləri Reyestrində Mədəniyyət Nazirliyinin ən azı 20 tam elektron xidmətinin yerləşdirilməsi, nazirlikdə vahid “Elektron Kabinet” (www.my.culture.az) sisteminin tətbiqi və bütün aidiyyəti resursların bu vahid “Elektron Kabinet”ə inteqrasiyası nəzərdə tutulur. Bundan əlavə, daşınmaz tarix və mədəniyyət abidələrinə dair məlumatların rəqəmsallaşdırılması, Azərbaycan mədəniyyətinin təbliğinə dair müasir texnologiyaların tətbiqi ilə ən azı 10 promo resursun hazırlanması prioritet istiqamətlər sırasındadır.
Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov “e-Culture” strategiyası ilə bağlı nazirliyin bir çox qurumlarla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Deyib ki, mədəniyyət sahəsində çalışan insanların rəqəmsallaşma və müasir texnoloji yeniliklərdən məlumatlı olması vacibdir. Strategiya hazırlanarkən İT parkın və şəbəkə təhlükəsizliyinin auditi aparılıb. Şəbəkə və kibertəhlükəsizlik arxitekturası işlənilib. Müxtəlif klasterlər və modullar üzrə ümumilikdə 10 təlim keçirilib, rəqəmsal analitik təhlillərin aparılması təmin edilib. Hər bir müəssisə üzrə daxili xəritə hazırlanıb. 
Rəşad Əzizov çıxışı zamanı həmçinin kalsterlər, modullar, “e-Culture” matrisi, “e-Culture” arxitekturası, nazirliyin informasiya resursları, eləcə də ötən il təşkil edilən Uşaq İncəsənət Festivalının rəqəmsal analitik təhlilini barədə məlumatı diqqətə çatdırıb. Vahid Mədəniyyət Reyestri yaradılacaq, Milli Mədəniyyət Əmlakı Reyestrində nazirliyin ölkə üzrə mədəniyyət obyektləri və müəssisələrinin reyestrinin yenidən işlənməsi, vahid şəxsi kabinet sistemi vasitəsilə bir pəncərə prinsipi əsasında mədəniyyəti rəqəmsal prizmadan tanımaq və s. məsələlər haqqında söz açılıb. Qeyd olunub ki, nazirliyin sistemində fəaliyyət göstərən bədii təhsil ocaqlarına təhsilalan və təhsilverənlərin elektron qəbulu uğurla reallaşdırılır. 
Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova çıxışında müasir mədəni mühitdə məzmunun yaradılmasının vacibliyini qeyd edib. Bildirib ki, bu gün milli və insani dəyərlərə cavab verən məzmun qıtlığı var. Nazirliyin rəsmi saytı (“culture.gov.az”) barədə məlumat verən şöbə müdiri gələcəkdə bu resursların “e-Culture” rəqəmsal idarəetmə modelində tətbiq ediləcəyini deyib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər səsləndirilib.

XƏBƏRLƏR

23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 17:31
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib