Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4125

Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir

Mədəniyyət Nazirliyi Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı çərçivəsində bakalavriat və magistratura səviyyələri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu elan edir.

Yaşı 15-dən yuxarı olan, yaradıcı potensialını inkişaf etdirmək və MYS və mədəniyyətin müxtəlif sahələri üzrə əmək fəaliyyəti ilə məğul olmaq istəyən, xarici ali təhsil müəssisələrinə qəbul olmuş və ya öz hesabına təhsil almaqda olan Azərbaycan Respublikası vətəndaşları təhsilin maliyyələşdirilməsi məqsədilə Təqaüd Proqramına müraciət edə bilərlər.

Bakalavriat və magistratura səviyyələri üzrə aşağıdakı ixtisaslaşma istiqamətləri üzrə xaricdə təhsilin maliyyələşdirilməsi həyata keçirilir:

1. Audiovizual (musiqi, kino (o cümlədən animasiya), videoqrafiya və fotoqrafiya)

2. Dəb sənəti

3. Dizayn

4. Kuratorluq

5. Memarlıq

6. Tədbirlərin təşkili

7. Mədəni və yaradıcı sahə üzrə menecment

8. Nəşriyyatlarla işin təşkili

9. Oyun sənayesi

10. Teatr, komediya və performans

11. Yaradıcı texnologiyalar

Təqaüd Proqramına qəbul prosesi iki mərhələdən ibarətdir: sənədlərin qəbulu və müsahibə mərhələsi.

Tələb olunan sənədlər:

Bakalavriat səviyyəsində xaricdə təhsil üzrə:

– namizədin cari tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinfində (XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil almasını təsdiq edən arayış və ya tam orta təhsil və ya orta ixtisas təhsili haqqında dövlət sənədinin surəti;

– namizədin xarici ali təhsil müəssisəsinə qəbul edildiyini və ya xarici ali təhsil müəssisəsində təhsil aldığını təsdiq edən sənədin (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi) surəti;

– namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatının surəti və ya öncəki təhsilini təhsil alacağı xarici dildə almasını təsdiq edən sənədin surəti;

– namizədin beynəlxalq təhsil proqramları üzrə müəyyən edilmiş keçid ballarının minimum və maksimum hədləri aralığında (minimum və maksimum bal daxil olmaqla) göstəricisini təsdiq edən müvafiq təhsil müəssisəsindən arayışın surəti;

– namizədin sağlamlığı haqqında arayış (forma AZS086/1);

– namizədin özünün ərsəyə gətirdiyi MYS məhsulu olduğu halda foto və video materiallar, sahibkarlıq (o cümlədən startap) fəaliyyəti ilə məşğul olduğu halda, VÖEN, startap şəhadətnaməsi (olduğu halda) və digər təsdiqedici materiallar qeyd edilən sənədlərə əlavə edilə bilər.

Magistratura səviyyəsində xaricdə təhsil üzrə:

– namizədin cari tədris ilində ali təhsil müəssisəsinin sonuncu tədris ilində təhsil almasını təsdiq edən arayış və ya bakalavr ali peşə-ixtisas dərəcəsi haqqında dövlət sənədinin surəti;

– namizədin xarici ali təhsil müəssisəsinə qəbul edildiyini və ya xarici ali təhsil müəssisəsində təhsil aldığını təsdiq edən sənədin (ingilis, rus və türk dillərindən başqa digər dillərdə olan sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsi) surəti;

– bakalavriat səviyyəsi üzrə xarici ali təhsilə aid kvalifikasiyanın tanınmasına dair şəhadətnamənin (xaricdə ali təhsil aldıqda) surəti;

– namizədin xarici ali təhsil müəssisəsində təhsil alma bacarıqları barədə rəyi özündə ehtiva edən ali təhsil müəssisəsi və ya elmi müəssisə və təşkilatda çalışan professor-müəllim heyətinin ən azı 2 (iki) üzvü tərəfindən verilmiş tövsiyə məktubunun (namizəd əmək fəaliyyəti ilə məşğul olduğu halda, məktublardan biri onun işəgötürəni tərəfindən təqdim edilə bilər) əsli və ya surəti;

– namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatının surəti və ya öncəki təhsilini təhsil alacağı xarici dildə almasını təsdiq edən sənədin surəti;

– namizədin transkriptinin (ÜOMG göstərilməklə) surəti;

– namizədin sağlamlığı haqqında arayış (forma AZS-086/1);

– namizədin özünün ərsəyə gətirdiyi MYS məhsulu olduğu halda foto və video materiallar, sahibkarlıq (o cümlədən startap) fəaliyyəti ilə məşğul olduğu halda, VÖEN, startap şəhadətnaməsi (olduğu halda) və digər təsdiqedici materiallar qeyd edilən sənədlərə əlavə edilə bilər.

Sənədlərin qəbulu “edu.creative.az” informasiya resursu üzərindən elektron formada həyata keçirilir.

Müraciət formasının müvafiq bölmələrinə daxil olmaqla Təqaüd Proqramı üzrə üstünlük verilən xaricdə yerləşən ali təhsil müəssisələrinin və həmin müəssisələr üzrə ixtisas və ya proqramların siyahısı ilə tanış ola bilərsiniz.

Bununla yanaşı, namizədin Təqaüd Proqramı çərçivəsində təhsil almaq istədiyi müəssisə bu siyahıda yer almadığı təqdirdə, həmin müəssisənin yerləşdiyi ölkənin MYS-lərin inkişafına dair göstəriciləri və ixtisaslaşma istiqamətləri üzrə kadr hazırlığı baxımından imkanları və uğurları nəzərə alınmaqla, maliyyələşdirilməsi Komissiya tərəfindən məqsədəmüvafiq hesab edilə bilər.

Dövlət sifarişi və ya dövlət hesabına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və ya magistratura səviyyələri üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, habelə Azərbaycan Respublikasının dövlət proqramları və beynəlxalq müqavilələri (hökumətlərarası təqaüd proqramları) çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və ya magistratura səviyyələri üzrə təhsilini başa vurmuş proqram iştirakçılarının eyni təhsil səviyyəsi üzrə proqram iştirakçılarının seçilməsində namizəd qismində iştirakı nəzərdə tutulmur.

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında nəzərdə tutulan “Mədəniyyət və Yaradıcı Sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti üzrə MYS sahələrinin tələblərinə uyğun sertifikat proqramlarının və xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması ilə əlaqədar Mədəniyyət Nazirliyi əsas icraçı qurum olaraq müəyyənləşdirilib.

Mədəniyyət Nazirliyi Kollegiyasının qərarı ilə “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində “Təhsil alacaq şəxslərin seçilməsi meyarları, prosedurları və təhsilin maliyyələşdirilməsi Qaydaları” təsdiq olunub.

Sənəd qəbulu 15 avqust 2024-cü il tarixdən 15 sentyabr 2024-cü il tarixinədək davam edəcək.

Təqaüd Proqramı ilə bağlı əlavə məlumat almaq üçün avqustun 16-dan etibarən aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlamaq mümkündür:

012 525 11 28 (daxili: 102 və ya 103)

XƏBƏRLƏR

10.12.2024 17:45
Musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı Sumqayıtda məlumatlandırma sessiyası keçirilib
10.12.2024 17:37
Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirilib
10.12.2024 10:21
Görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib
09.12.2024 15:30
Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib
06.12.2024 14:36
Müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib
05.12.2024 09:24
“Gənclər Paytaxtı” Şuşada təşkil olunan “G-HUB” sammitində islam ölkələrində oyun sənayesinin imkanları müzakirə olunub
04.12.2024 16:51
Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət.Arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilir
04.12.2024 14:36
Mədəniyyət naziri Adil Kərimli TİKA-nın başqanı ilə görüşüb
04.12.2024 12:18
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gənclər Paytaxtı” Şuşa şəhərində yaradıcılıq marafonunun qalibləri açıqlanıb
04.12.2024 12:00
Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi
04.12.2024 09:34
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin qalası olub
03.12.2024 15:48
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
03.12.2024 10:09
İslam ökələrinin gəncləri arasında “Şuşa Yaradıcılıq Marafonu” keçirilir
02.12.2024 10:19
CulTech İnkubasiya proqramına qəbul davam edir!
29.11.2024 17:51
Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
29.11.2024 12:04
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
21.11.2024 11:39
Azərbaycanda ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib