Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1139

Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub

Avqustun 2-də Azərbaycanda kinonun yaranmasının 126-cı ildönümü tamam oldu. Əlamətdar tarixin əsası 1898-ci il avqustun 2-də Bakıda ilk kinosüjetlərin kütləvi nümayişi ilə qoyulub.

Ulu öndər Heydər Əliyevin 2000-ci ilin 18 dekabr tarixində imzaladığı sərəncama əsasən, 2 avqust “Azərbaycan Kinosu Günü” elan edilib.

Əlamətdar gündə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində təntənəli tədbir keçirilib.

Nazirliyin məsul şəxsləri, mədəniyyət xadimləri, kino ictimaiyyətinin nümayəndələri və film həvəskarlarının iştirak etdiyi tədbirdə əvvəlcə qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamızla bağlı sərgi ilə tanış olaraq eksponatlarla kinomuzun tarixinə səyahət ediblər.

Mərkəzin zalında davam edən tədbirdə ilk olaraq Prezident İlham Əliyevin 1 avqust 2024 tarixli sərəncamı ilə təltif edilən kino işçilərinin adları elan olunub və təbriklər çatdırılıb.

Açılış nitqi söyləyən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, bu il 126 yaşını qeyd edən Azərbaycan kinosu dünya kinosunun tarixi ilə təxminən bərabər yaranaraq paralel şəkildə böyük inkişaf yolu keçib. Bu illər ərzində Azərbyacan kinosu çoxlu eniş və yoxuşlar yaşayıb, müxtəlif transformasiyalara məruz qalıb. Amma həmişə öz milli ənənələrinə, yüksək mənəvi dəyərlərinə, sənət sevgisinə sadiq qalıb: "Müasir Azərbaycan kinosunun inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə ayrılmaz şəkildə bağlıdır. 1970-ci illər Azərbaycan kinosunun ən parlaq dövrü hesab olunur. Məhz onun dəstəyi ilə aparılan araşdırmalar nəticəsində kino tariximizin əsl yaşı müəyyən edilib və ilk filmin - “Balaxanıda neft fontanı yanğını” filminin nümayiş tarixi 1898-ci il avqustun 2-si kino günü elan edilib. Artıq 24 ildir ki, Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 avqust - kino işçilərinin peşə bayramı, Azərbaycan Kinosu Günü kimi qeyd edilir".

Nazir müavini vurğulayıb ki, Prezident İlham Əliyev bu irsin davamçısı olaraq, kino sənətimizi daima diqqətdə saxlayır: “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi, kinostudiyaların maddi-texniki bazasının gücləndirilməsi, 1993-cü ildə Ulu öndərin tapşırığı ilə yaradılan və milli kino sənətinin qorunub saxlanması məqsədi daşıyan Azərbaycan Dövlət Film Fondu üçün yeni, müasir standartlara cavab verən binanın tikilməsi, hal-hazırda tədbirin keçirildiyi Nizami Kino Mərkəzinin yenidən bərpa olunması, Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinin yaradılması, dövlət sifarişi ilə film istehsalını və gənc kinematoqrafçıların yaradıcılığının dəstəklənməsi məqsədi ilə hər il Prezidentin ehtiyat fondundan filmlərin istehsalı üçün maliyyənin ayrılması kinoya dövlət dəstəyinin bariz nümunəsidir. Son 20 il ərzində Azərbaycan kinosunun inkişafına 100 milyondan çox vəsait ayrılıb, 1763 bədii, sənədli, animasiya və s. filmlər çəkilib".

Azərbaycan Kinomatoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev və Xalq artisti, kinorejissor Oqtay Mirqasımov ölkəmizdə kinematoqrafiyanın inkişafı istiqamətində görülməkdə olan işlərdən məmnunluqlarını bildirərək kino xadimlərinə uğurlar arzulayıblar.

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) direktoru vəzifələrini icra edən Orxan Fikrətoğlu qurumun fəaliyyətindən söz açıb.

Çıxışlardan sonra ARKA-nın fəaliyyəti ilə bağlı, həmçinin yubilyar filmlərdən ibarət videomateriallar nümayiş etdirilib.

Yubilyar filmlərdə çəkilmiş aktyorlar çıxış edərək ürək sözlərini bölüşüblər.

Xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Əməkdar artist Ramil Qasımov, solistlər Mirələm Mirələmov, Elgün Hüseynov, həmçinin "Mirvari" rəqs ansamblı və müstəqil "Oyuq" Uşaq Teatrının balaca aktyorları yubilyar filmlərdən musiqilər ifa ediblər.

Daha sonra AKİ-nin müxtəlif nominasiyalar üzrə ənənəvi mükafatı sahiblərinə təqdim olunub.

Gecədə həmçinin AKİ tərəfindən keçirilən “Arxa cəbhənin insanları” qısametrajlı bədii film üzrə ssenari müsabiqəsinin qalibləri elan olunaraq təltif edilib.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə bir qrup kino xadimi Mədəniyyət Nazirliyi tərəfindən mükafatlandırılıb.

Sonda "Tənha bir insanın monoloqu" adlı qısametrajlı film nümayiş etdirilib.

Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramovdur. Filmdə əsas rollarda Mahir Dərviş və Elşən Əsgərov çəkiliblər.

XƏBƏRLƏR

30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur