Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1427

Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub

Mədəniyyət naziri Adil Kərimli iyulun 30-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası (ÇXR) mədəniyyət və turizm nazirinin müavini, Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Çin nümayəndə heyətində bu ölkənin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao, Mədəni İrs Akademiyasının baş direktoru Li Liusan və digər rəsmi şəxslər yer alıblar.

Nümayəndə heyətini salamlayan nazir Azərbaycan ilə Çin arasında əlaqələrdən bəhs edib. Qeyd olunub ki, dövlət başçılarımızın siyasi iradəsi ilə Azərbaycan və Çin arasında qarşılıqlı maraq və etimada əsaslanan geniş spektrli əməkdaşlıq qurulub. Bu ilin 3 iyul tarixində Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ilə iki ölkənin əlaqələrində yeni səhifə açılıb.

İldən-ilə genişlənən əlaqələrdə mədəni əməkdaşlığın xüsusi yer tutduğunu deyən Adil Kərimli Azərbaycanın mədəniyyətin müxtəlif sahələrində əlaqələrin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Nazir həmçinin 2023-cü ilin sentyabr ayında Çinə səfərinin onda dərin təəssürat yaratdığını bildirib, orada keçirilən görüşlərin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.

Çin Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun səmimi qəbula görə təşəkkürünü bildirib, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib.

Asiya Mədəni İrsi Qoruma Alyansı (AMİQA) haqqında məlumat verən Milli Mədəni İrs Administrasiyasının rəhbəri qurum tərəfindən müxtəlif istiqamətlər üzrə 15 proqramın həyata keçirildiyini deyib.

Li Çun AMİQA-nın ixtisaslaşdırılmış strukturlarında Azərbaycan tərəfinin də təmsil olunmasının əhəmiyyətini bildirib, ölkəmizin alyansın 4-cü konfransına ev sahibliyi etməsi ilə bağlı təkliflə çıxış edib. Qeyd olunub ki, sualtı irsin öyrənilməsi sahəsində də böyük təcrübəyə malik alyans tərəfindən Xəzərin Azərbaycan sektorunda sualtı irsin araşdırılması ilə bağlı layihə də həyata keçirilə bilər. O, həmçinin Azərbaycanın mədəni irsin rəqəmsal monitorinqi sahəsində təcrübəsini öyrənmək istədiklərini dilə gətirib.

Söhbət zamanı iki ölkə sənətçilərinin və yaradıcılıq kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin əhəmiyyəti vurğulanıb. Mədəni əməkdaşlığa dair yol xəritələrinin və memorandum layihələrinin işlənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan Mədəniyyət Nazirliyinə Çin tərəfindən müvafiq memorandum layihələri təqdim edilib. Li Çun deyib ki, iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək memorandumların gələn il Pekində imzalanması yaxşı olardı. Milli Mədəni İrs Administrasiyasının rəhbəri eyni zamanda Çinin məşhur "798 Art Zone" mədəniyyət kompleksində Azərbaycan qalereyasını da görmək istədiklərini bildirib.

Görüş zamanı Azərbaycanın bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nümayəndə heyətinin diqqətinə çatdırılıb. Qeyd edilib ki, COP29 çərçivəsində mədəniyyətə iqlim dəyişikliyi kontekstində baxış məsələləri də gündəmə gətiriləcək, eyni zamanda ətraf mühitin qorunmasında mədəniyyətin rolu ilə bağlı müzakirələr aparılacaq. Çin tərəfinin bu mötəbər tədbirdə iştirakının əhəmiyyətli olacağı bildirilib.

Sonra tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

XƏBƏRLƏR

30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur