Mədəniyyət Nazirliyində Mədəniyyət və yaradıcı sənayelər üzrə işçi qrupunun 5-ci görüşü keçirilib.
Aprelin 30-da mədəniyyət nazirinin müavini və işçi qrupun rəhbəri Səadət Yusifovanın iştirakı ilə keçirilən görüşdə mədəni və yaradıcı sənayelər (MYS) sahəsi üzrə 2023-cü ilin uğurları, “Mədəni və yaradıcı sənayelər üzrə təhsil üçün Təqaüd Proqramı” layihəsi və 2024-cü il üçün icrası planlaşdırılan layihələr, atılacaq birgə addımlar müzakirə olunub.
Görüşdə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Vergi Xidməti, KOBİA, AZPROMO, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər.