Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4116

“Salam, Novruz!” 28 fevral – 15 aprel

27 fevralda Azərbaycan Milli İncəsənət Muzeyində doğma yurdumuza baharın gəlişinə həsr olunmuş “Salam, Novruz!” adlı sərgi açılıb. Bahar bayramının ilk müjdəçisi olan Su çərşənbəsi günündə gerçəkləşən və muzeyin kolleksiyasından seçılmiş dekorativ-tətbiqi və təsviri sənət əsərlərini əhatə edən 80-ə yaxın eksponat əsasında təqdim olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır.

Maraqlı konsepsiyaya malik sərgi məkanı Su, Od, Yel, Torpaq çərşənbələrinə, eləcə də astronomik yeni ilin başlandığı Novruz bayramına həsr olunmuş beş tematik zala bölünür. Sərginin girişində tamaşaçıları interaktiv niyyət ağacı qarşılayır. Onlar öz arzu və diləklərini yazaraq buradan asmaqla sonda onu yaşıl yarpaqlı ağaca çevirərək ekspozisiyanın tərtibatına öz töhfələrini verirlər.

Su çərşənbəsi zalında üzərində semantik mənası su ilə bağlı olan həndəsi ornamentlərin əksini tapdığı Tunc dövrünə aid keramik qablar, forma gözəlliyi və nəfis naxışları ilə seçilən dolça və səhənglər, aftafa-ləyən, su qabı, çilcam (qırxaçar) və s. kimi XIX əsrin bədii metal nümunələri nümayiş etdirilir.

Od çərşənbəsi ilə bağlı yaradılmış növbəti zalda əcdadlarımızın oda, günəşə etiqadla bağlı ideoloji görüşlərini əks etdirən qədim keramika nümunəsi, gözəl rəng həllinə malik, günəş rəmzini ifadə edən ornament və təsvirlərlə işlənilmiş XIX əsrə aid müxtəlif texnikalı zərif bədii tikmələr, dəbilqə, qalxan kimi bədii silah nümunələri və digər unikal sənət nümunələri tamaşaçıya təqdim olunur.

Yel çərşənbəsi zalında isə hava ünsürü ilə əlaqəli dekorativ sənət nümunələrindən zərif kələğayı, incə yelpiklər, nəfəs aləti-ney nümayiş etdirilir. Zala dinamiklik, bu çərşənbəyə xas ab-hava gətirilməsi üçün interaktiv üsullardan istifadə edilmişdir.

Tematikanı davam etdirən Torpaq çərşənbəsi zalı torpağı, bərəkəti, məhsuldarlığı ifadə edən ornamentlərin əksini tapdığı xalça, bədii tikmə nümunələri və digər xalq sənəti növləri ilə yanaşı, bu ilaxır çərşənbədə həyata keçirilən xalq inancları ilə bağlı təqdim edilən eksponatlarla tərtib olunub.

Beşinci zal astronomik yeni ilin, gecə ilə gündüzün bərabərləşməsini, qışın sona çatmasını, yaz fəslinin gəlişini əks etdirir. Bayram ab-havasının yaradıldığı bu zalda tamaşaçıya Novruzun əsas atributları ilə bəzədilmiş rəngarəng “interaktiv xonça” təqdim edilir.

Sərginin ekspozisiyasında, həmçinin foto və videoproyeksiya vasitəsilə Novruz ünsürləri görüntü və səs effektləri ilə canlandırılır, yaz mərasim nəğmələri folklor qruplarının ifasında səsləndirilir.

“Salam, Novruz!” sərgisində tematik zallara daxil olmadan öncə, Ə.Əzimzadə, S.Bəhlulzadə, E.Şahtaxtinskaya və başqa görkəmli Azərbaycan rəssamlarının bu qədim bahar bayramını əks etdirən rəngkarlıq və qrafika əsərləri də təqdim olunur. Ümumilikdə, bayramın al-əlvan koloritinə malik, Novruzun bütün atribut və simvollarını əhatə edən sərgi tamaşaçını sanki zaman və məkan çərçivəsində səyahətə dəvət edir.

Qeyd edək ki, açılış mərasimində iştirak edən “Nənə-qızlar” folklor ansamblının ifaları sərgiyə xüsusi rəng qatıb.

Sərgi 15 aprel 2024-cü il tarixinədək davam edəcək.

XƏBƏRLƏR

10.12.2024 10:21
Görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib
09.12.2024 15:30
Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib
06.12.2024 14:36
Müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib
05.12.2024 09:24
“Gənclər Paytaxtı” Şuşada təşkil olunan “G-HUB” sammitində islam ölkələrində oyun sənayesinin imkanları müzakirə olunub
04.12.2024 16:51
Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət.Arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilir
04.12.2024 14:36
Mədəniyyət naziri Adil Kərimli TİKA-nın başqanı ilə görüşüb
04.12.2024 12:18
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gənclər Paytaxtı” Şuşa şəhərində yaradıcılıq marafonunun qalibləri açıqlanıb
04.12.2024 12:00
Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi
04.12.2024 09:34
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin qalası olub
03.12.2024 15:48
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
03.12.2024 10:09
İslam ökələrinin gəncləri arasında “Şuşa Yaradıcılıq Marafonu” keçirilir
02.12.2024 10:19
CulTech İnkubasiya proqramına qəbul davam edir!
29.11.2024 17:51
Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
29.11.2024 12:04
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
21.11.2024 11:39
Azərbaycanda ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb