Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1350

Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib

Prezident İlham Əliyev görkəmli bəstəkar Arif Məlikovun 90 illik yubileyi və Milli Musiqi Günü münasibətilə Azərbaycanın musiqi ictimaiyyətini təbrik edib.

Məktubda deyilir: “Bu mədəniyyət bayramı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildən hər il ölkəmizdə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günündə təntənə ilə qeyd edilir. Builki Milli Musiqi Günü həm də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri, görkəmli bəstəkar, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti Arif Məlikovun 90 illik yubileyinin qeyd edilməsi ilə əlamətdardır. Arif Məlikov Azərbaycan mədəniyyətinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirmiş və milli musiqi salnaməmizə yeni səhifələr yazmışdır. Bəstəkarın musiqinin ən müxtəlif janrlarında yaratdığı əsərlər Azərbaycan mədəniyyətinin qızıl fonduna daxildir. Mövzu zənginliyi və rəngarəngliyi, milli musiqi ənənələri ilə yeni düşüncənin vəhdətində formalaşan özünəməxsus üslub, dolğun məzmun, obrazların dərin emosional-psixoloji və fəlsəfi ifadəsi Arif Məlikov yaradıcılığının səciyyəvi xüsusiyyətidir. Arif Məlikov bütün həyatı boyu Azərbaycana bağlı, onu ürəkdən sevən böyük şəxsiyyət idi. Əsl ziyalılıq və vətəndaşlıq mövqeyi, öz xalqına bağlılığı və dövlətinə sədaqəti ona ümumxalq məhəbbəti qazandırmışdır. Bəstəkarın şah əsəri görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yaratdığı “Məhəbbət əfsanəsi” baletidir. XX əsr dünya balet musiqisinin incilərindən sayılan, yarım əsrdən artıq bir dövrdə məşhur teatr səhnələrini bəzəyən bu əsər musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir. İlk dəfə 1961-ci ildə Sankt-Peterburqun Mariinski Teatrında səhnələşdirilmiş “Məhəbbət əfsanəsi” baleti sonralar 60-dan çox ölkədə nümayiş etdirilərək, müəllifə dünya şöhrəti qazandırmışdır. Sevindirici haldır ki, bəstəkarın yaradıcılığının zirvəsi hesab olunan “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra Heydər Əliyev Fondunun dəstəyi ilə bu gün yenidən müəllifin Vətənində səhnəyə qoyulur. Arif Məlikovun yaradıcılıq irsi Azərbaycan xalqının mədəni sərvətidir. Zamanın yüksək sənət qarşısında irəli sürdüyü tələblərə cavab verən, insanları mənəvi kamilliyə səsləyən Arif Məlikov musiqisi əbədi yaşayacaqdır”.

XƏBƏRLƏR

06.12.2023 14:43
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
06.12.2023 13:24
“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq
05.12.2023 09:43
Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb
04.12.2023 12:55
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
04.12.2023 10:23
Türk Dünyasının Yumor Festivalı keçirilib
01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub