Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə yaradılmış Apellyasiya Komissiyasının iclası keçirilmişdir.
İclasda Apellyasiya Komissiyasının üzvləri və cəlb edilmiş ekspertlərin iştirakı ilə 5 nəfər namizədin nəticələrinə yenidən baxılmışdır. 5 namizəddən 2 nəfərin müsahibə nəticəsi dəyişdirilmiş, 3 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılmışdır.
Müzakirələr zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunmuşdur.
Qərarlara əsasən İbrahimova Ruqiyə Rövşənovna (20 bal) və Binnətova Günel Natiq qızının (20 bal) əvvəl keçirilmiş müsahibə nəticələrinə dair müraciətləri təmin edilmişdir.
Digər namizədlərin şikayətləri ilə əlaqədar qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticələrinə dair Müsahibə Komissiyasının qiymətləndirməsi tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.