Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
185

Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub

Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri maraqlı konsert, tədbir və təqdimatlarla davam edir. Sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan Milli Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva imzalayıblar.

İmzalanma mərasimindən sonra Qazaxıstan Milli Akademik Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılışı olub. Əvvəlcə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva tərəfindən guşənin açılışını bildirən rəmzi lent kəsilib. Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək "Azərbaycan ədəbiyyatı guşəsi" haqqında məlumat verib.

Qeyd edib ki, guşədə Azərbaycanın bugünkü uğurlarına dair, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə, ölkəmizin müasir inkişafına dair nəşrlər, eyni zamanda tariximiz mədəniyyət və ədəbiyyatımızla bağlı kitablar təqdim edilir. Daimi guşədə ümumilikdə 250-dən çox kitab nümayiş olunur. Kərim Tahirov bildirib ki, Azərbaycan Milli Kitabxanasında "Qazaxıstan ədəbiyyatı guşəsi" 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə təntənəli şəkildə açılıb.

Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva Azərbaycan Milli Kitabxanası ilə 2003-cü ildən əməkdaşlıq etdiklərini söyləyib. O, bundan sonra da iki kitabxana arasında əməkdaşlıq inkişaf edəcəyini deyib. Digər çıxış edənlər iki kitabxana arasında əlaqələrin genişlənməsinin əhəmiyyətini vurğulayıb, Qazaxıstan kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi"nin açılmasını əlamətdar hadisə kimi dəyərləndiriblər.

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmiyə və şair, esseist Fərid Hüseynə Qazaxıstan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsi təqdim olunub.

Sonda tədbir iştirakçıları milli mətbəximizin təamlarından dadıb və "Azərbaycan ədəbiyyatı guşəsi"ndə yer alan nəşrlərlə tanış olublar.

XƏBƏRLƏR

26.09.2024 14:32
Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub
26.09.2024 09:50
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub
25.09.2024 15:55
Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub
25.09.2024 11:29
Salam Sarvan və Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib
25.09.2024 10:30
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib
24.09.2024 16:51
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
23.09.2024 17:53
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir
23.09.2024 16:52
Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı
23.09.2024 10:22
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir!
20.09.2024 17:44
Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkə”si olacaq
19.09.2024 17:51
Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Qəlbimdəki şair” (Der poet in mir) adlı tədbir təşkil edib
19.09.2024 09:31
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
18.09.2024 15:46
Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
04.09.2024 10:15
Azərbaycanda ilk dəfə "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək
30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub