Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
419

Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-27 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Zəngin proqramı olan tədbir Azərbaycan mədəniyyətinin dost ölkədə növbəti təntənəsinə çevriləcək. Bu münasibətlə ölkəmizin incəsənət ustaları, bədii kollektivləri, yazarlar, media nümayəndələri Astanaya səfər ediblər. Mədəniyyət günlərinin proqramına uyğun olaraq, sentyabrın 24-də saat 15:00-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında “Füzuli – 530 misra” kitabının təqdimatı və “Füzuli – 530” ədəbi-poetik məclisi keçiriləcək.

Həmin gün saat 20:00-da K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında etno-caz konserti təqdim olunacaq. Mədəniyyət günləri 25 sentyabr tarixində də maraqlı tədbirlərlə yadda qalacaq. Saat 11:00-da Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan Milli Kitabxanası ilə adıçəkilən kitabxana arasında əməkdaşlığa dair memorandum imzalanacaq və kitabxanada “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olacaq. Saat 12:00-da həmin məkanda Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədi məhəbbətin tarixçəsi” kitabının təqdimatı keçiriləcək.

Həmin gün saat 17:30-da Astananın Mira və Soglasia Sarayında “Azərbaycanın sənət inciləri” adlı sərgi təşkil olunacaq. Axşam saat 19:00-da isə həmin sarayda Azərbaycan Dövlət Rəqs Ansamblının konserti keçiriləcək. Sentyabrın 26-da saat 11:00-da Qazaxıstan Respublikasının Milli Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın “1920-1980-ci illərdə Azərbaycanda rəngkarlıq və qrafika”, Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Sevil Kərimovanın “Təbriz məktəbi miniatürü”, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikovanın “Azərbaycan Milli Xalça Muzeyi.

Müasir məkanda qədim incəsənət" mövzularında mühazirələri təşkil olunacaq. Axşam saat 19:00-da isə K.Kuanışbayev adına Qazax Milli Musiqili Dram Teatrında Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala konsert keçiriləcək. Azərbaycan Mədəniyyəti Günlərinin tədbir və təqdimatları ədəbi-mədəni zənginliklərimizə həmişə maraq göstərən qardaş qazax xalqının yaddaşında silinməz iz qoyacaq.

XƏBƏRLƏR

26.09.2024 14:32
Qazaxıstan Milli Muzeyində müxtəlif mövzularda mühazirələr təşkil olunub
26.09.2024 09:50
Qazaxıstanda Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub
25.09.2024 15:55
Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunub
25.09.2024 15:04
Qazaxıstan Milli Akademik Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı olub
25.09.2024 11:29
Salam Sarvan və Rövşən Abdullaoğlu 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları seçilib
25.09.2024 10:30
Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin ilk konserti keçirilib
24.09.2024 16:51
Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib
23.09.2024 16:52
Regionun ən böyük beynəlxalq kitab sərgisinə sayılı günlər qaldı
23.09.2024 10:22
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Təcrübə Proqramı elan edir!
20.09.2024 17:44
Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkə”si olacaq
19.09.2024 17:51
Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Qəlbimdəki şair” (Der poet in mir) adlı tədbir təşkil edib
19.09.2024 09:31
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
18.09.2024 15:46
Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
04.09.2024 10:15
Azərbaycanda ilk dəfə "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək
30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub