6 sentyabr 2024-cü il tarixində nazir müavini Səadət Yusifovanın sədrliyi ilə
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilmişdir. İclasda Apellyasiya Şurasının üzvləri – Aparat rəhbərinin müavini-Sənədlərlə və vətəndaşlarla iş şöbəsinin müdiri Elçin Nəcəfov, İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Kamil Bayramlı, Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Hüquq şöbəsinin müdiri Gülər Mikayılova və Daxili nəzarət və audit şöbəsinin müdir müavini Fərid Qurbanzadə iştirak etmişdir.İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən 30.04.2024-cü il tarixində elan edilmiş ümumi müsahibə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı 3 nəfər namizədin apellyasiya şikayətlərinə baxılmışdır.
İclas zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunmuşdur. Sonda Apellyasiya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilmişdir.
Səbuhi Bəşirov, İsax Məmmədov və Vüsal Məmmədovun şikayəti ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibənin nəticəsi dəyişdirilərək iddia etdiyi vəzifəyə uyğun hesab edilərək ehtiyat kadrlar siyahısına daxil edilmişdir.