Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1335

Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 10-14 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilir. İyunun 11-də Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans təşkil olunub.

Tədbirdə həmçinin böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illik yubileyi münasibətilə söz ustadının əsərlərinin özbək dilində iki cilddə külliyyatının təqdimatı keçirilib. İkicildlik Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında işıq üzü görüb.

Konfransda Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Özbəkistan Yazıçılar İttifaqının sədri Xalq şairi Siracəddin Səid və iki ölkənin tanınmış ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər. Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səid ölkəsində keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin eyni zamanda ədəbi əlaqələrin inkişafına böyük töhfə olduğunu deyib. Bildirilib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından bəhrələnən Əlişir Nəvai ümumtürk ədəbi fikrinin inkişafına təsir göstərib, xalqlarımız arasında ədəbi-mədəni körpü rolunu oynayıb. S.Səid 100 cildlik "Türk ədəbiyyatının inciləri" antologiyasının ərsəyə gəlməsinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə minnətdarlığını bildirib.

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov çıxış edərək Azərbaycan nümayəndə heyətini salamlayıb. Azərbaycan ilə Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirən nazir deyib ki, hər həftə ya Özbəkistanda, ya da Azərbaycanda iki qardaş xalqın ədəbiyyatı, mədəniyyəti və elmi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Hər bir tədbir xalqlarımızı daha da yaxınlaşdırır. O, ötən il Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirildiyini deyib, Azərbaycan Mədəniyyəti Günlərinin də uğurla gerçəkləşəcəyini bildirib.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında konfrans iştirakçılarını salamlayaraq bildirib ki, mədəniyyət günləri tədbirlərinin ədəbiyyata dair konfransla başlanması təsadüfi deyil. Çünki Azərbaycan və Özbəkistan arasında mədəni münasibətlərin əsasında həm də Orta əsərlərdən üzü bəri davam edən ədəbi əlaqələr dayanır. İki ölkə arasında mədəni əlaqələrin inkişafında dövlət başçılarımızın dostluğunun və qarşılıqlı etimada əsaslanan uğurlu siyasətinin mühüm rol oynadığını deyən nazir bu sahədə siyasətin davamlı olacağına əminliyini bildirib. Qeyd olunub ki, Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm rol oynayır. Məhəmməd Füzulinin külliyyatının özbək dilində nəşrini yüksək qiymətləndirən Adil Kərimli ikicildliyin dahi şairin Özbəkistanda daha yaxından tanınmasına vəsilə olacağını deyib. Nazir 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan və Özbəkistan gənc yazarlarının iştirakı ilə "Məclisi-fəramuşan" ədəbi məclisinin bir uzun illərdən sonra bərpa olunmasını ölkələrimizin ədəbi əlaqələrinə yeni mühüm töhfə kimi qiymətləndirib.

Daha sonra konfransda ədəbiyyatşünas, professor Nurboy Cabbarov, Azərbaycan Milli Məclisinin deputatı akademik Nizami Cəfərov, şair, tərcüməçi Mirzo Kenjabek, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Ruhəngiz Cümşüdlünün məruzələri dinlənilib.

Qeyd edilib ki, Əlişir Nəvai və Məhəmməd Füzuli təkcə iki xalqın deyil, ümumtürk ədəbi-mədəni fikrinin inkişafında da müstəsna rol oynayıblar.

Sonra məruzələr ətrafında çıxışlar olub. Sonda Azərbaycan incəsənət ustalarının iştirakı ilə ədəbi-musiqili kompozisiya təqdim edilib.

XƏBƏRLƏR

20.09.2024 17:44
Azərbaycan 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkə”si olacaq
19.09.2024 17:51
Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi münasibətilə “Qəlbimdəki şair” (Der poet in mir) adlı tədbir təşkil edib
19.09.2024 09:31
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
18.09.2024 15:46
Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
04.09.2024 10:15
Azərbaycanda ilk dəfə "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək
30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq