Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3287

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası (2024-2026-cı illər) təsdiq edilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kollegiyasının müvafiq Qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “e-Culture” Rəqəmsal İnkişaf Strategiyası (2024-2026-cı illər) təsdiq edilib.

Müasir dövrdə rəqəmsal texnologiyaların ölkəmizin sosial-iqtisadi sisteminin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilməsi, mədəniyyətin də rəqəmsallaşmasını səciyyələndirir.

Bu xüsusda, Mədəniyyət Nazirliyinin çoxşaxəli fəaliyyət istiqamətləri, bütün ölkə ərazisini əhatə edən tənzimləmə subyektləri və geniş klaster şəbəkəsi (teatr, kitabxana, muzey, qoruq, yaradıcı sənayelər, audiovizual, ifa sənətləri, maddi və qeyri-maddi mədəni irs, mədəniyyət təhsil müəssisələri və s.) böyük həcmli məlumat istehsalı ilə müşayiət olunur və bu sahədə idarəetmənin data əsaslı rəqəmsal idarəetmə modelinin tətbiqi ilə həyata keçirilməsini şərtləndirir.

Rəqəmsal idarəetmə sahəsində fəaliyyətin təşkilinin və əlaqələndirmənin həyata keçirilməsinin xüsusi əhəmiyyətini nəzərə alaraq, Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə Mədəniyyət Nazirliyində rəqəmsal idarəetmənin təkmilləşdirilməsi üzrə İşçi qrupu yaradılmışdır.

İşçi qrupu tərəfindən mədəniyyət sektorunda təhlillər aparılmış, mədəniyyətin rəqəmsallaşdırılması istiqamətində yerli və beynəlxalq təcrübə öyrənilmiş, mövcud vəziyyətin və beynəlxalq təcrübənin təhlili ilə məqsədlər, prioritet istiqamətlər, sahə üzrə əsas klasterlər və hər bir klaster üzrə müvafiq modullar müəyyənləşdirilmişdir. Klasterlər və modulların alqoritmik kəsişdirilməsi ilə “e-Culture” matrisi” formalaşdırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğun olaraq, Mədəniyyət Nazirliyində rəqəmsal idarəetmənin təkmilləşdirilməsi üzrə İşçi qrupu tərəfindən “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası” (2024 - 2026-cı illər) hazırlanmış və təsdiq edilmişdir.

“e-Culture” strategiyasının Tədbirlər Planında qarşıdakı 3 ildə mədəniyyət sahəsinin rəqəmsallaşdırılması, data əsaslı rəqəmsal idarəetmə modelinin və vahid inzibatlaşma siyasətinin tətbiqi, informasiya sistemlərinin və ehtiyatlarının təkmilləşdirilməsi, xidmətlərin yenidən layihələndirilməsi və elektronlaşdırılması, inteqrasiya imkanlarının genişləndirilməsi üzrə 10 prioritet istiqamətdə 100-dən çox tədbirin həyata keçirilməsi nəzərdə tutulur.

XƏBƏRLƏR

30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir