Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3040

Mədəni İrs Forumu başa çatıb

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində "Gülüstan" Sarayında keçirilən Mədəni İrs Forumu başa çatıb. Dekabrın 19-da forumun "Mədəni irs və müasir memarlıq: şəhərsalma prinsipləri" mövzusunda sonuncu panel sessiyası keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Əməkdar memar İlqar İsbatovun moderatorluğu ilə gerçəkləşən paneldə "Müasir Azərbaycan memarlığının inkişafı, milli elementlər və dizayn", "Dayanıqlı şəhərsalma prinsipləri", "İşğaldan azad olunmuş ərazilərdə memarlıq və şəhərsalma. Ağıllı şəhərlər", "Böyük Qayıdış” proqramının reallaşdırılması: çağırışlar və hədəflər", "Müasir şəhərlər və urbanizasiya məsələləri" və "Şəhərsalma və abidələrin qorunması" mövzularında çıxışlar dinlənilib.  

Çıxışlardan əvvəl iştirakçılar panelin mövzusu ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış videoçarxı izləyiblər. ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə qeyd edib ki, bu gün azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır: "Bununla bağlı təhsil ocağında tələbələr arasında sorğu da keçirilib. Hesab edirəm ki, bu sahədə azad olunmuş ərazilərimizdə məskunlaşacaq insanların fikirlərini öyrənmək çox vacibdir". Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri haqqında məlumat verib. Bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq, 2026-cı ilə kimi Ağdam rayonunda 1 şəhər 12 kənd, Füzuli rayonunda 1 şəhər 10 kənd, Xocavənd rayonunda Hadrut qəsəbəsi və Tuğ kəndi layihələndirilərək inşa ediləcək.

Eyni zamanda genişmiqyaslı quruculuq işləri çərçivəsində tarixi-mədəni abidələrimizin bərpası da diqqət mərkəzindədir. Bu istiqamətdə də işlər həyata keçirilir. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Tarixi-mədəni irsin idarə olunması və qorunması şöbəsinin müdiri Müslim İmranlı Şuşa şəhəri üçün hazırlanmış baş planın mövcud olan bütün abidələri əhatə etdiyini vurğulayıb: “Uzun illər müzakirələr aparılsa da, ölkəmizdə hələ də abidələrin mühafizə zonalarının müəyyən edilməsi ilə bağlı problemlər mövcuddur. Ümid edirik ki, yaxın illərdə bu məsələ öz həllini tapacaq”. "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu Şəhərsalma şöbəsinin müdiri Rafik Mirzəyev hazırda bütün dünya əhatə edən urbanizasiya prosesi barədə söz açıb. Deyib ki, ölkəmizdə 79 şəhər mövcuddur. Hesablamalara görə, 30 şəhərin əhalisi 15 mindən, o cümlədən 4 şəhərin əhalisi 5 mindən aşağıdır. Hazırda əhalinin 56,4 faizi şəhər yerlərində yaşayır. Bu da təxminən 5,5 milyona yaxın əhali deməkdir".

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb. Bununla da ölkəmizdə ilk dəfə keçirilən Mədəni İrs Forumu başa çatıb.

XƏBƏRLƏR

26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər