Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1855

"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı həftə” çərçivəsində dekabrın 2-də "Türk dünyasının yumor festivalı" gerçəkləşəcək. Noyabrın 30-da yumor festivalı nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində "Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri" mövzusunda dəyirmi masa təşkil edilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstandan (RF) qonaqların iştirak etdiyi tədbirin moderatoru, Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər şöbəsinin müdiri Rəşad Əzizov dəyirmi masanın təşkilində dəstəyinə görə TÜRKSOY-a təşəkkürünü bildirib. O, yumor və komediya sənayesinin bütün dünyada, eləcə də türk coğrafiyasında audiovizual sahədə diqqət mərkəzində olduğunu deyib. Qeyd edib ki, Türk dünyasında bu sahə ilə məşğul olan insanların öz təcrübələrini bölüşməsi, daha geniş auditoriyaya çıxması vacibdir. Vurğulanıb ki, növbəti ildə bu sahə üzrə iki layihə nəzərdə tutulur. Bu layihələrin reallaşması birbaşa bugünkü dəyirmi masada əldə ediləcək nəticədən asılı olacaq. Bunlardan biri tələbə yumor oyunları, ikincisi isə Türk dünyası xalqlarını əhatə edən teleserial ola bilər. TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov baş katib Sultan Raevin festival iştirakçılarına salamını çatdırıb, Türk dünyası gənc yumoristlərinin bir araya gəlməsi təşəbbüsünü yüksək dəyərləndirib. O, təşkilatın bu yöndə layihələrə dəstək verdiyini və bu istiqamətdə yeni çağırışlara hər zaman açıq olduqlarını diqqətə çatdırıb. Əməkdar artist, “Şən və Hazırcavablar Klubu”nun üzvü Ələkbər Əliyev və "Bakılı oğlanlar" ŞHK-nın üzvü, ssenarist Cavid Qurbanov gələcək birgə layihələrin təşkili ilə bağlı düşüncə və təkliflərini bölüşüblər. Dəyirmi masada Türk dünyasının yumor, film, oyun və s. sahələr üzrə ortaq kontentinin yaradılması yolları barədə ətraflı müzakirə aparılıb.

XƏBƏRLƏR

19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər
24.06.2024 12:25
Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib
24.06.2024 12:19
İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr olunmuş “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb
21.06.2024 10:00
Beynəlxalq Animasiya Filmləri Festivalında Azərbaycan stendlə təmsil olunub
20.06.2024 09:24
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur
14.06.2024 17:04
Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edib
13.06.2024 18:02
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olunub
13.06.2024 17:04
Dövlət Yuğ Teatrı “Mənəm, mən” tamaşasını Daşkənddə nümayiş etdirib