Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
948

Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir

 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı həftə” çərçivəsində noyabrın 28-də Heydər Əliyev Mərkəzində işə başlayan Mədəniyyət və Yaradıcı Sənayelər Forumu noyabrın 29-da panel sessiyalarla işini davam etdirir. “Mədəniyyət sahəsində innovasiyalar: qabaqcıl texnologiyalar, süni zəka və oyun texnologiyaları” mövzusuna həsr olunan günün ilk paneli italiyalı mütəxəssis, "CultTech akselerator" layihəsinin nümayəndəsi Marino Pasqualenin moderatorluğu ilə gerçəkləşdi. Paneldə çıxış edən Almaniyanın "3dots" şirkətinin təsisçisi Çağıl Özdəmir “Culttech” startaplarının texnologiya, mədəniyyət, ümumiyyətlə, cəmiyyət üçün əhəmiyyətini qeyd etdi. Dedi ki, startaplar sayəsində yaradıcılar və istehlakçılar potensial olaraq güclənərək mədəniyyətə kütləvi giriş təmin edə, yeni iqtisadi modelləri inkişaf etdirə bilərlər. Çünki iş dünyasının harada inkişaf etdiyini anlamaq, insanların gözləntilərini qarşılamaq və yeniliklərə hər zaman açıq olmaq zəruridir. İtaliyanın “Mae" təşkilatının həmtəsisçisi və baş marketinq direktoru Egle Trovato da “Culttech” startaplarının əhəmiyyətini vurğuladı. Dedi ki, bu, adi startaplardan bir sıra xüsusiyyətlərinə görə fərqlənir: “Biz mühit yaradırıq ki, insanlar bir yerə toplaşsın, fikirlərini və ideyalarını bölüşsünlər. Məqsəd sadəcə biznes olmamalıdır, vacib məqamlardan biri olsa belə. İlk əvvəl insanlar təşkil etmək istədikləri yeniliklər barədə fikir mübadiləsi aparmalı, yaradıcı təkliflər irəli sürməli və daha sonra addım atılmalıdır. Biz birlikdə bu sahə üzrə çağırışlara doğru getməliyik”. İtaliyanın “Proofcheck” startapının həmtəsisçisi Tara Veckovska Merrigan yaradıcı sənayenin geniş imkanlara sahib olduğunu dedi. Bildirdi ki, hazırda süni intellekt aktual mövzudur və bir sıra layihələrdə bizə kömək edir: “Lakin mən daha çox insanlarla ünsiyyətdə olmağa çalışıram. Çünki biz insanlarla və süni intellekt arasında bir tarazlıq yaratmalı, insanları qiymətləndirməyi bacarmalıyıq. Hazırda olduğumuz vəziyyətdən daha qabağa getmək, biliklərimizi artırmaq, insan və texnologiyanın gücü ilə yeniliklərə doğru addım atmaq mümkündür. Bəzi yerlər var ki, süni intellekt nəticəsində insanların həyatı asanlaşır, amma digər yerlərdə hələlik bu texnologiya üçün addım atılmayıb. Biz həyatımızı asanlaşdırmaq, həmçinin daha yaxşı şəraitdə yaşamaq üçün texnologiyanın imkanlarını öyrənməli və tətbiq etməliyik”. “Luxout" şirkətinin təsisçisi Səbinə Atayeva qeyd etdi ki, bir neçə il əvvəl əhali yerli model brendləri almaqdan çəkinirdi: “Artıq vəziyyət dəyişib. Hazırda müşahidə edirik ki, yerli brendlər əhali arasında çox populyardır. Bu, çox qürurverici haldır”. Panelin sonunda Heydər Əliyev Mərkəzi Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru Əminə Məlikova mərkəzdə təşkil olunan “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi haqqında məlumat verdi və iştirakçıları sərgini izləməyə dəvət etdi. Daha sonra qonaqlar sərgi ilə tanış oldular.

 

XƏBƏRLƏR

30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir