Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3532

Ölkəmizdə ilk dəfə keçirilən Musiqi Forumu başa çatdı

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı "Gülüstan" Sarayında keçirilən Musiqi Forumu oktyabrın 31-də "Xoreoqrafiya sənəti: milli rəqs, balet, müasir rəqs formaları" mövzusunda VI panel iclası ilə işini başa vurdu.

Xoreoqraf Akif Kərimlinin moderator olduğu forumun sonuncu panelində “Milli rəqs ənənələrinin qorunması və təhrif olunma təhlükələrinə müqavimət”, “Rəqs təbliğatı infrastrukturunun təkmilləşdirilməsi”, “Azərbaycanda müasir rəqs sistemlərinin tətbiq olunması: imkanlar və problemlər”, “Rəqqas peşəsinə yönləndirmə – təhsil, karyera imkanları, sosial təminat mexanizmləri”, Uşaq rəqs studiyaları, rəqs təlimi” kimi aktual mövzular müzakirəyə çıxarılmışdı.

İlk çıxış edən xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının rektor əvəzi Əməkdar artist Nailə Məmmədzadə rəhbərlik etdiyi tədris ocağının problemlərindən, rəqqas və balet artistlərinin sosial təminatı məsələlərindən söz açdı.

Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, xoreoqraf, Xalq artisti Rüfət Xəlilzadə Azərbaycan milli rəqs sənətinin formalaşmasında əməyi keçmiş korifey sənətkarları yada saldıqdan sonra müasir dövrdə milli rəqs sənətinə gətirilən "yamaq" elementlər, geyimlərdəki təhriflərə diqqət çəkdi. R.Xəlilzadə həmçinin xoreoqrafiya sahəsində çalışanların 40 yaşından sonra pensiyaya çıxmalı olduğunu dedi. Bildirdi ki, vaxtında göstərilməyən maddi təminat gəncləri, valideynləri rəqs sənətindən uzaqlaşdırır.

Baletmeyster, Xalq artisti Mədinə Əliyeva sovet dövründə balet artistləri üçün yaradılmış şəraitin bu gün bərpasına ehtiyac olduğunu söylədi. O, Ulu öndər Heydər Əliyevin 90-cı illərdə Azərbaycan balet sənətini tənəzzüldən qurtardığını da yada saldı.

Musiqişünas, dosent Rauf Bəhmənli unudulmuş rəqs melodiyalarının toplanılması, rəqslərimizin plagiat və saxtakarlıqdan qorunması üçün tədbirlərin görülməsinin vacibliyini vurğuladı. Bildirdi ki, bu prosesə uşaq incəsənət məktəblərindən başlanılması məqsədəuyğun olar.

Balet artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktor müavini Əməkdar artist Fərid İbrahimov dedi ki, Azərbaycan bəstəkarlarının baletləri dünya teatrlarında tamaşaya qoyulur, amma bizim balet artistləri problem yaşayırlar. Oğlan kadrların orduda xidmətdən sonra səhnə formasına qayıda bilməməyi ciddi problemdir. F.İbrahimov bunun üçün onların hərbi ansamblda çalışması, həmçinin Xoreoqrafiya Akademiyasında hərbi kafedranın bərpa olunması təklifini səsləndirdi.

Xoreoqraf Nigar İbrahimbəyli orta məktəblərdə 7-ci sinfədək rəqs fənninin tədris olunması təklifi ilə çıxış etdi. Dedi ki, müasir rəqs sənətinin geniş imkanları var və bu janrı milli rəqs sənəti ilə yanaşı, inkişaf etdirmək perspektivli olar.

Sonra çıxışlar ətrafında müzakirələr aparıldı. Xoreoqrafiya Akademiyasının müəllimi Sevda Axundova, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, qocaman rəqs ustası, Xalq artisti Roza Cəlilova, bəstəkar, Əməkdar incəsənət xadimi Vüqar Camalzadə, BMA-nın tələbəsi Aytac Vəliyeva və başqaları sahə üzrə suallarını səsləndirdilər, təkliflərlə çıxış etdilər.

Bununla da ölkəmizdə ilk dəfə keçirilən və üç gün davam edən Musiqi Forumu başa çatdı. Forum iştirakçıları “Gülüstan” Sarayının qarşısında ailə fotosu çəkdirdilər.

XƏBƏRLƏR

10.12.2024 10:21
Görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib
09.12.2024 15:30
Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib
06.12.2024 14:36
Müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib
05.12.2024 09:24
“Gənclər Paytaxtı” Şuşada təşkil olunan “G-HUB” sammitində islam ölkələrində oyun sənayesinin imkanları müzakirə olunub
04.12.2024 16:51
Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət.Arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilir
04.12.2024 14:36
Mədəniyyət naziri Adil Kərimli TİKA-nın başqanı ilə görüşüb
04.12.2024 12:18
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gənclər Paytaxtı” Şuşa şəhərində yaradıcılıq marafonunun qalibləri açıqlanıb
04.12.2024 12:00
Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi
04.12.2024 09:34
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin qalası olub
03.12.2024 15:48
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
03.12.2024 10:09
İslam ökələrinin gəncləri arasında “Şuşa Yaradıcılıq Marafonu” keçirilir
02.12.2024 10:19
CulTech İnkubasiya proqramına qəbul davam edir!
29.11.2024 17:51
Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
29.11.2024 12:04
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
21.11.2024 11:39
Azərbaycanda ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb