Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2570

Ölkəmiz III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edir

8-11 oktyabr tarixlərində Bakı və Şuşa şəhərlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir.

Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşır.

Festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq türk xalqlarının bu məkana inteqrasiyasına töhfə verməkdir. 2021-ci ildən təşkil olunan festivalın ilki Türkiyənin İstanbul şəhərində, ikincisi isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilmişdi.

Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub. Filmlər oktyabrın 9-dan 11-dək Nizami Kino Mərkəzində nümayiş etdiriləcək.

Festivala Türk dünyasının tanınmış sənət adamları ilə yanaşı, rəsmi şəxslər də təşrif buyurub. Ümumilikdə isə kino bayramında türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox qonaq iştirak edir.

Kino şöləninin əsas özəlliklərindən biri də türk dövlətlərindən tanınmış kinematoqrafçıların TÜRKSOY tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərinə tanışlıq səfərinin təşkil edilməsi və Bakı şəhərində zirvə toplantısının keçirilməsidir.

Festival çərçivəsində oktyabrın 10-da Qırğızıstanın görkəmli teatr və kino aktrisası, SSRİ-nin Xalq artisti Baken Kıdekeyevanın (1923-1993) 100 illiyinə həsr olunan tədbir keçiriləcək. Yubiley tədbiri Qırğızıstan nümayəndə heyəti və TÜRKSOY tərəfindən təşkil olunub.

“Korkut Ata” III Türk Dünyası Film Festivalının oktyabrın 8-də rəsmi açılış və oktyabrın 11-də bağlanış mərasimləri Heydər Əliyev Mərkəzində baş tutacaq.

Festivalın proqramını diqqətinizə çatdırırıq: cutt.ly/iwnEBZpm

XƏBƏRLƏR

26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər