Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1519

Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasında (ÇXR) səfərdədir. 

Səfər çərçivəsində sentyabrın 8-də nümayəndə heyətinin ÇXR mədəniyyət və turizm nazirinin müavini və Milli Mədəni İrs Administrasiyasının administratoru, Çin Mədəni İrsin Təşviqi Assosiasiyasının prezidenti, Çin Milli İncəsənət Fondunun Baş katibi və YUNESKO-nun Preah Vihear Məbədinin Qorunması və İnkişafı üzrə Beynəlxalq Əlaqələndirmə Komitəsinin Çin tərəfindən olan həmsədri Li Çün ilə görüşü keçilib.

Azərbaycan nümayəndə heyətini səmimi salamlayan Li Çün dəvəti qəbul edib Çinə səfər etdiklərinə görə mədəniyyət naziri Adil Kərimliyə təşəkkürünü bildirib.

Çinin tarix-mədəniyyət abidələri haqqında məlumat verən nazir müavini ölkəsinin qədim mirasının qorunması istiqamətində həyata keçirilən işlərdən danışıb. Li Çün eyni zamanda beynəlxalq səviyyədə mədəni əməkdaşlıq barədə söz açıb.

Səmimi qəbula və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Adil Kərimli Çin kimi dünyanın qədim sivilizasiya beşiklərindən sayılan bir ölkədə olmasından məmnunluğunu diqqətə çatdırıb. 
Nazir Azərbaycanın mədəni zənginlikləri barədə məlumat verib, ölkələrimizi həm də tarixən Böyük İpək Yolunun birləşdirdiyini deyib. Bildirilib ki, bu tarixi marşrut üzərində yerləşən ölkələrin mədəni irsinin qorunması və təbliği sahəsində birgə səylər daha yaxşı nəticələrə gətirib çıxara bilər. 

Qeyd olunub ki, Azərbaycanda tarix-mədəniyyət abidələrinin qoruması, bərpası və təbliği daim dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı ardıcıl addımlar atılır, yerli və beynəlxalq layihələr həyata keçirilir. Heydər Əliyev Fondu təkcə ölkəmizdə deyil, xaricdə də mədəni irsin qorunmasına dəstək olur. 

Nazir Çin ilə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra istiqamətlərdə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb. Bu kontekstdə iki ölkə arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsinin zəruri olduğu qeyd edilib.

Ermənistan tərəfindən Azərbaycanın tarixi ərazilərinin 30 il ərzində işğal altında saxlanıldığını diqqətə çatdıran Adil Kərimli bu müddət ərzində bütün infrastrukturun, o cümlədən tarixi, mədəni və dini irsin vandalizmə məruz qaldığını, mənimsənildiyini və talan edildiyini vurğulayıb. Bildirilib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğradaraq ərazilərimizin 30 illik işğalına son qoyub, tarixi ədaləti və ərazi bütövlüyümüzü bərpa edib. Müharibədən sonra Ermənistanın törətdiyi vandalizmin gerçək vəziyyəti ortaya çıxıb, yüzlərlə şəhər, qəsəbə və kəndlərimizin yer üzündən silindiyi məlum olub. 

Müharibədən qısa müddət sonra Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işlərinə başlanılıb. Tarixi torpaqlarımızda mədəni irsin də bərpası istiqamətində davamlı iş aparılır. Bir sıra tarixi və dini  abidələrin bərpası artıq başa çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.

XƏBƏRLƏR

30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
21.11.2023 16:02
“Yaradıcı Həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək
21.11.2023 14:43
Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
17.11.2023 10:48
Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi
16.11.2023 22:25
Film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub
16.11.2023 16:36
Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur