05.09.2023 03:50
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çin Kommunist Partiyası Muzeyi ilə tanış olub.
Partiyanın tarixi haqqında heyətə məlumat verilib, qonaqlar muzeyin zəngin ekspozisiyası ilə tanış olub, ayrı-ayrı eksponatlarla maraqlanıblar.