Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2768

Bakıda “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunub

Sentyabrın 3-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda Qərbi Azərbaycanın etnomədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş etdirilməsi məqsədilə tədbir təşkil olunub.

“Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbirdə Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, tarixi abidələrin 3D maketləri nümayiş etdirilib.

Konsert proqramı ilə davam edən tədbirdə Vətənə, doğma yurda aid mahnılar səsləndirilib, Qərbi Azərbaycanın aşıq havaları ifa olunub.

Tədbirdə Milli Məclisin deputatları, media nümayəndələri, paytaxt sakinləri və xarici qonaqlar iştirak ediblər.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli AZƏRTAC-a açıqlamasında tədbirin önəmini xüsusi vurğulayaraq deyib: “Qərbi Azərbaycan İcması olaraq əsas məqsədimiz tarixi torpaqlarımızdakı Azərbaycan mədəni irs nümunələrinə sahib çıxmaq, bunu dünya ictimaiyyətinə çatdırmaqdır. Bu tədbir də həmin silsilədən atılan addımlardan biridir. Şübhəsiz ki, biz bu cür sərgilərin davamlı olmasını nəzərdə tuturuq. Sentyabrın sonuna qədər ölkədə bir neçə belə sərgi keçiriləcək. Belə sərgiləri xarici ölkələrdə də təşkil etməyi nəzərdə tutmuşuq. Qarşımızda Ermənistan kimi hər cür yalana, üsula əl atan düşmən dayanır. Biz onların qarşısına ancaq faktlarla, sənədlərlə, sübutlarla, mənbələrlə çıxmalıyıq ki, ermənilərin yüz illər ərzində dünya ictimaiyyətinin beyninə yeritdiyi yalanları, saxtakarlıqları qazıb çıxaraq və Qərbi Azərbaycan həqiqətlərini qəbul etdirə bilək”.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin məqsədinin Qərbi Azərbaycanın etnomədəni mühitinin rekonstruksiya edilməsi, o cümlədən vaxtilə həmin torpaqlarda, mahallarda, yaylaqlarda xalqın keçirdiyi bayram şənliklərinin əhval-ruhiyyəsinin canlandırılması olduğunu vurğulayıb. Qeyd edib ki, bu tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun adını daşıyan Heydər Əliyev Mərkəzinin qarşısında keçirilməsi də rəmzi xarakter daşıyır. Ümummilli Lider inanırdı ki, nə vaxtsa, ədalət bərpa olunacaq və Qərbi azərbaycanlılar öz yurdlarına qayıda biləcəklər.

Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra keçmiş məcburi köçkünlərin Qarabağa, Şərqi Zəngəzura dönmək imkanı əldə etdiklərini diqqətə çatdıran nazir müavini bildirib: “Şanlı Qələbədən sonra Qərbi azərbaycanlıların da öz ata-baba ocaqlarına qayıtmaq ümidi yaranıb. Dövlətimizin başçısının çıxışlarında Qərbi azərbaycanlıların da öz yurdlarına qayıdacağını bildirməsi ümidlərin, xəyalların reallığa çevriləcəyi günün çox da uzaqda olmadığına bir işarədir. Həmin imkan sülh müqaviləsi imzalanandan sonra yaranacaq. Vaxt gələcək həmin doğma torpaqlara da qayıdacağıq, qurub yaradacağıq və Azərbaycan mədəniyyətini çiçəkləndirəcəyik”.

Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu xüsusilə indiki dövrdə bu sərginin təşkilinin önəmli olduğunu qeyd edib: “Qərbi Azərbaycanın etnomədəni mühitini əks etdirən sərgidə təqdim olunan maddi-mədəniyyət nümunələri bir daha onu göstərir ki, Qərbi Azərbaycan xalqımızın milli-mədəni inkişafının formalaşdığı coğrafiyalardan biridir. Qərbi azərbaycanlıların ermənilər tərəfindən soyqırımına, etnik təmizləmə siyasətinə məruz qalmasına baxmayaraq, bu gün yenidən böyük coşqu ilə öz hüquqlarını tələb etmələri məhz bu mədəniyyətdən, tariximizdən və milli yaddaşımızdan aldığımız güclə əlaqədardır. BMT və digər beynəlxalq təşkilatlar, strukturlar Qərbi azərbaycanlıların müraciət və çağırışlarını cavabsız qoymurlar. Gec-tez Paşinyan da Qərbi azərbaycanlıların çağırışlarına cavab vermək məcburiyyətində qalacaq. Qərbi azərbaycanlılar ləyaqətlə doğma torpaqlarına qayıdaraq tarixən yaratdıqları bu mədəniyyəti yenə də öz torpaqlarında inkişaf etdirəcəklər”.

Qeyd edək ki, Qərbi azərbaycanlıların onilliklərlə pozulmuş hüquqlarının bərpası, onların tarixi yurdlarına qayıtmaları istiqamətində hazırda yüksək səviyyəli sistemli iş həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il dekabrın 24-də - doğum günündə məhz Qərbi Azərbaycandan olan ziyalıların bir qrupu ilə İcmanın qərargahında görüşməsi və çox vacib mesajlar verməsi bu istiqamətdə işlərin daha mütəşəkkil və ardıcıl şəkildə reallaşdırılmasını təmin etdi. Qərbi Azərbaycandan olan əhalinin pozulmuş hüquqlarının carçısına çevrilmiş İcma bu prosesə öncülük edərək, Ermənistanın xalqımızın tarixi-mədəni irsini məhv etməsi ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması işində fəal çıxış edir, on minlərlə Qərbi azərbaycanlının doğma yurdlarına qayıtması üçün yorulmadan çalışır.

XƏBƏRLƏR

10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
04.09.2024 10:15
Azərbaycanda ilk dəfə "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək
30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb