“İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsinin son müraciət tarixi uzadıldı
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi çoxsaylı müraciətləri nəzərə alaraq rəqabətliliyin artırılması məqsədilə “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsinin son müraciət tarixini uzadır.
Müsabiqə videoçarxların qəbulu və təqdim edilmiş materialların seçimi olmaqla iki mərhələdən ibarətdir. Müsabiqə qaliblərinin adları 2023-cü il oktyabr ayının 31-də elan olunacaq.
Müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları videoçarxı 2023-cü il oktyabrın 10-dək onlayn şəkildə təqdim edə bilərlər.
Yekunda ən çox bal toplamış ilk üç namizəd Nazirlik tərəfindən mükafatlandırılacaq. Mükafatlandırma aşağıdakı qaydada nəzərdə tutulmuşdur:
I yer – 6 000 AZN
II yer – 3 000 AZN
III yer – 1 000 AZN
Müsabiqə haqqında ətraflı məlumatı link vasitəsilə əldə etmək mümkündür.