Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2261

Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır

“Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrların və musiqi kollektivlərinin bölgələrə yeni qastrol səfərləri başlanır.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan, 22 və 24 aprel tarixlərini əhatə edən qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatın fəallaşdırılması, əhalinin, xüsusilə də gənclərin asudə vaxtının daha mənalı keçirilməsi, yerli yaradıcı kollektivlərlə sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Layihə çərçivəsində Azərbaycan Dövlət Mahnı Teatrının Estrada ansamblı aprelin 22-də Şamaxı Mədəniyyət Mərkəzində (saat 15:00) musiqisevərlərin qarşısına çıxacaq. Həmin gün Arslan Növrəslinin caz qrupu etno-caz konserti ilə Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzində (saat 16:00) çıxış edəcək.

24 aprel tarixinə üç tamaşa nümayişi nəzərdə tutulur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Abdulla Şaiqin “Danışan gəlincik” əsərinin tamaşasını Lənkəran Dövlət Dram Teatrında (14:00), A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Məlikməmməd” nağıl-tamaşasını Qusar Dövlət Ləzgi Dram Teatrında (12:00), Azərbaycan Dövlət Pantomima Teatrı isə “Pantomima buketi” səhnə əsərini İsmayıllı Mədəniyyət Mərkəzində (14:00) nümayiş etdirəcək.

Bölgələrə qastrol səfərləri may ayında da davam edəcək.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən bir sıra teatrlar bundan əvvəl 20-27 mart tarixlərində bölgələrdə qastrol səfərində olmuş, ümumilikdə səkkiz tamaşa nümayiş etdirilmişdi.

XƏBƏRLƏR

17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib
11.04.2023 11:29
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək
10.04.2023 16:25
Azər Paşa Zəfər oğlu Nemətov
10.04.2023 15:09
Azərbaycan və Qazaxıstan prezidentlərinin geniş tərkibdə görüşü olub