Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1072

Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub

Fevralın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə, professor, "Şöhrət", "İstiqlal" və "Şərəf" ordenli Arif Babayevin 85 illik yubiley gecəsi keçirilib.
Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər və digər qonaqlar iştirak ediblər.
Konsertdən əvvəl jurnalistlərə müsahibə verən görkəmli xanəndə sənətinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib, yubiley gecəsinin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
Tədbirdə Mədəniyyət Nazirliyinin kollektivi adından yubilyara ünvanlanan təbrik məktubu oxunub. Məktubda Arif Babayevin zəngin ənənələrə malik Qarabağ muğam məktəbi ustadlarının sənət yolunu uzun illərdir layiqincə davam etdirərək həm bənzərsiz ifası ilə, həm də təcrübəli xanəndə-pedaqoq kimi fəaliyyəti ilə Azərbaycan muğam sənətinə, xalq musiqisinə böyük töhfələr verdiyi vurğulanıb. Bildirilib ki, xanəndənin muğam operalarında yaratdığı yaddaqalan obrazlar sənət salnaməmizin parlaq səhifələrini təşkil edir.
Yubiley gecəsində qeyd edilib ki, Arif Babayev mahir muğam ifaçısı kimi təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində və Türk dünyasında şöhrət qazanıb. Onun ifa etdiyi “Şur”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mirzə Hüseyn segahı”, “Zabul segah” və “Segah” muğamları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları musiqi mədəniyyətimizin xəzinəsinə daxil olub. Arif Babayev müxtəlif illərdə “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Məcnun, Kərəm, “Aşıq Qərib”də Qərib, “Şah İsmayıl”da Şah İsmayıl, “Gəlin qayası”nda Camal rollarının ən mahir ifaçılarından olub.
Bildirilib ki, bir çox nəslin nümayəndələri muğamı Arif Babayevin ifası ilə dinləyib seviblər. Azərbaycan muğam ifaçıları arasında ilk dəfə professor elmi adına layiq görülən müğənni məhz Arif Babayevdir. O, hazırda Azərbaycan Milli Konservatoriyasında Muğam kafedrasının müdiridir. Onun tələbələri həm ölkə daxilində, həm xaricdə muğamımızı uğurla təbliğ edirlər.
Daha sonra tamaşaçıların gur alqış sədaları altında yubilyar səhnəyə dəvət olunub.
Gecədə Xalq artistləri Mənsum İbrahimov, Zabit Nəbizadə, Nəzakət Teymurova, Aygün Bayramova, Əməkdar artistlər Cabir Abdullayev, Təyyar Bayramov, Firuz Səxavət, Zakir Əliyev, Gülüstan Əliyeva, Bəyimxanım Vəliyeva, Səbuhi İbayev, Elnur Zeynalov, Sevinc Sarıyeva, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Aytən Məhərrəmova, Vüqar Əliyev, Hüseyn Məlikov, Mirələm Mirələmov, Rəvanə Əmiraslanlı, Günay İmamquluyeva, Xəyal Hüseynov və Orxan Hüseynli ustad xanəndənin repertuarından musiqi nümunələrini səsləndiriblər.
Proqramda B.Kərimovun “Bəxtiyaram mən”, A.Babayevin “Tar-kamanım, gəl-gəl” və “Qurban edim”, “Mahur” təsnifi, xalq mahnısı “Gəl-gəl”, Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasından parça, N.Məmmədovun “Mən dünyada olmayanda”, Ş.Axundovanın “Neyçün gəlməz”, R.Mustafayevin “Elə bağlıyam”, “Qarabağ şikəstəsi” və digər musiqilər ifa edilib.
İfaçıları Xalq artistləri Firuz Əliyev, Elçin Həşimov, Elşən Mansurov, Əməkdar artistlər Rauf İslamov, İsmayıl Həmidov, Xəyyam Məmmədov, Elnur Əhmədov, Ələkbər Ələkbərov, Əliağa Sədiyev, həmçinin Elman Sadıqov, Rəşad İbrahimov, Altay Niftəliyev və Təbriz Yusubov müşayiət ediblər.

XƏBƏRLƏR

27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib