Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1440

Milli Kitabxanada Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Dekabrın 23-də Milli Kitabxanada Azərbaycan Respublikasının Xalq artisti, Dövlət Mükafatı
laureatı, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir
və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə “Azərbaycanın
görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “Fikrət Əmirov. Biblioqrafiya” kitabının və “Qoboy
və fortepiano üçün altı pyes” not məcmuəsinin təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb.
Vurğulayıb ki, bu gün gözəl bir insanın işığına toplaşmışıq. O, qeyd edib ki, nə qədər Azərbaycan
dövləti, Azərbaycan xalqı var Fikrət Əmirovun adı daima yaşayacaq, “1001 gecə” baletini yaradan
insan heç vaxt ölməyəcək, elə bir əsəri yaradan insan heç vaxt unudula bilməz.
O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fikrət Əmirovun
yubileylərini daima diqqətdə saxlayıb. Natiq həmçinin Ulu Öndərin Fikrət Əmirova olan
münasibətindən bəhs etmişdir. Bildirib ki, ölkə rəhbərliyi daima Fikrət Əmirovun fəaliyyətinə
yüksək qiymət verib. Qeyd edib ki, Milli Kitabxana olaraq bu gün Fikrət Əmirovun 100 illik
yubileyini ona görə sonda qeyd edirik ki, nəşr olunan biblioqrafiyada bütün materiallar əhatə
olunsun. Həmçinin, dərc edilən “Qoboy və fortepiano üçün altı pyes” not məcmuəsinin nəşrindən
də bəhs edərək vurğulayıb ki, bu, artıq nəşr olunan dördüncü məcmuədir. Direktor bildirib ki, biz
hamımız Fikrət Əmirovun yaradıcılığı ilə fəxr edirik və gələcək nəsillərə çatdıracağıq.
Azərbaycan Respublikasının Xalq artisti Eldar Mansurov çıxış edərək söyləmişdir ki, Fikrət
Əmirov haqqında çox danışmaq olar. Onu çox xoşbəxt bəstəkar hesab etmək olar, çünki əsərləri
nəinki Azərbaycanda, bütün dünyada tanınır, bütün konsertlərdə onun əsərləri səslənir. Dahi
bəstəkar Azərbaycan baletini bir addım daha irəliyə aparmışdır. “1001 Gecə” nağıllarını dünyaya
tanıtmışdır. O, daha sonra çıxışının davamında Fikrət Əmirov haqqında xatirələrindən bəhs
edərək bildirmişdir ki, bəstəkar dünyasını dəyişsə də, daima yaddaşlarda yaşayan insanlardandır.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək diqqətə
çatdırmışdır ki, Fikrət Əmirov adı təkcə Azərbaycan üçün yox, bütün dünya üçün vacib bir addır.
22 noyabr tarixi Fikrət Əmirovun anadan olduğu tarixdir. Dahi Üzeyir Hacıbəyovdan sonra Fikrət
Əmirov, Qara Qarayev kimi bəstəkarlar öz üslublarını yaradan bəstəkarlardır. O, qeyd edib ki,
Fikrət Əmirov yeganə bəstəkardır ki, onun yaradıcılığında zəif janr yoxdur.
Tədbirin davamında K.Tahirov qeyd edib ki, Milli Kitabxana daima Azərbaycan
bəstəkarlarının əsərlərini araşdırıb çap etdirir və bu iş davamlı olacaq. O, vurğulayıb ki, Fikrət
Əmirov haqqında dərc edilən bu kitablar bütün Bakı şəhərinin musiqi məktəblərinə göndərilir.
Direktor 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Milli
Kitabxananın Musiqi şöbəsində olduğunu və buranı Qızıl Fond adlandırdığını söyləmişdir.
Xalq artisti Ramiz Quliyev çıxış edərək Kərim müəllimə təşəkkür edib. O, bildirib ki, Fikrət
Əmirov əsərləri ilə dahiləşib, ilahiləşib. O, daima xalqla, xalq üçün yaşayıb yaratmışdır. Dahi
bəstəkarın mahnılarına baxdıqda o əsərlərin gözəlliyini hiss etmək olar. O, qeyd etmişdir ki, Fikrət
Əmirovun əsərlərini daima sevə-sevə ifa etmişdir.
Mədəniyyət Nazirliyinin əməkdaşı Kamran Musayev dərc olunan kitabların təqdimatında
iştirak etməyin sevindirici hal olduğunu söyləmiş, belə bir dahi bəstəkarın dünya mədəniyyət tarixi
üçün böyük töhfə olduğunu vurğulamışdır.
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Musiqi sektorunun
müdiri Vüqar Hümbətov öz çıxışında bildirib ki, dahi bəstəkarın ata yurdu olan Gəncədə anadan
olduğu üçün qürur hissi keçirir. O, bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən Fikrət Əmirovun
yubileyi ilə bağlı bu il ərzində Bakı və Gəncə şəhərində silsilə tədbirlər həmçinin bəstəkarın
doğum günü ərəfəsində “Fikrət Əmirov 100” musiqi festivalı və UNESCO-da möhtəşəm konsert
təşkil edilmişdir.

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev öz çıxışında not
məcmuələrinin nəşrinə görə əməyi kəçən hər kəsə təşəkkür edərək, bunun çox əhəmiyyətli iş
olduğunu vurğulamışdır.
Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə nəşr olunan kitabı
vərəqləyərək heyrətləndiyini və bu işin çox məsuliyyətli, çətin iş olduğunu bildirmişdir.
Milli Konservatoriya nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov öz
çıxışında kitabxana rəhbərliyinə təşəkkür edərək, bu işin çox fərəhli bir iş olduğunu bildirib. Qeyd
edib ki, biz hamımız onun əsərləri ilə böyümüşük.
Professor Zümrüd Dadaşzadə çıxışında qeyd etmişdir ki, dahi bəstəkar Fikrət Əmirovun
yubileyi ilə əlaqədar nəşr olunan kitablar içərisində Milli kitabxananın nəşr etdiyi bu biblioqrafiya
xüsusi əhəmiyyət kəsb edir. Burada dahi bəstəkarın yaradıcılığı tam şəkildə öz əksini tapıb. Ən
başlıcası isə bu kitab biz musiqişünas alimlər üçün çox gərəklidir. Burada bizim üçün çox vacib
materiallar öz əksini tapıb, hətta xarici milli kitabxanalarda olanlar da. Mən sizi təbrik edirəm
Kərim müəllim, bu işdə əməyi keçənlərə çox-çox təşəkkür edirəm. Çox sağ olun. Mən sizin tərtib
etdiyiniz not nəşrlərini də yüksək qiymətləndirirəm, siz Fikrət Əmirov kimi dahi şəxsiyyətləri
yaşadırsınız. Fikrət Əmirov haqqında isə saatlarla deyil, günlərlə danışmaq mümkündür.
Azərbaycan musqisi yaşadıqca Fikrət Əmirov yaşayacaqdır, hələ neçə-neçə nəsillər onu sevə-
sevə tədqiq edəcəklər və ondan bəhrələnəcəklər.
Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Sərdar Fərəcov bildirmişdir ki, biz dahi
bəstəkarın musiqiləri ilə böyümüşük və onun müasirləri xoşbəxtdirlər ki, onun yaradıcılığından
işıq alıblar.
Sonda dahi bəstəkarın qızı Sevil Əmirova çıxış edərək yüksək səviyyəli tədbirin təşkilinə və
faydalı nəşrlərə görə kitabxana rəhbərliyinə və qonaqlara təşəkkür etmişdir.
Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan və “Rəsmi sənədlər”,
“Fikrət Əmirovun musiqi dünyası”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Fikrət
Əmirov haqqında”, “Əsərləri”, “Fikrət Əmirovun fikirləri”, “Haqqında”, “Xatirəsinin
əbədiləşdirilməsi”, “Mükafatları”, “Fotoqalereya” bölmələrindən ibarət olan “Fikrət Əmirov” adlı
elektron məlumat bazası da iştirakçılara təqdim olunub.
Sonda tədbir iştirakçıları Fikrət Əmirovun əsərlərindən və haqqında yazılmış ədəbiyyatdan
ibarət geniş kitab sərgisi ilə tanış olublar.

XƏBƏRLƏR

06.12.2023 14:43
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
06.12.2023 13:24
“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq
05.12.2023 09:43
Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb
04.12.2023 12:55
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
04.12.2023 10:23
Türk Dünyasının Yumor Festivalı keçirilib
01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub