Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1159

Uşaq musiqi və incəsənət məktəblərində ustad dərsləri keçirilib

XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə “Ustad dərsləri” həftəsi çərçivəsində cari ilin 12-16 dekabr tarixlərində Bakı şəhərində Mədəniyyət Baş İdarəsi və Sumqayıt, Kürdəmir regional mədəniyyət idarələri tabeliyində fəaliyyət göstərən uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin kamança, nağara, violin, akademik və estrada vokal, fortepiano müəllimləri üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən ustad dərsləri keçirilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin səmərəliliyinin artırılması üzrə fəaliyyətin təkmilləşdirilməsi, optimallaşdırılması, bədii təhsil sisteminin daha da inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılması, UMİM-də təlim prosesinin müasir təhsil standartları əsasında yenidən qurulması və tədris edilən fənlərin təhsilalanlar tərəfindən yüksək səviyyədə mənimsənilməsini təmin etməkdən ibarətdir.

Ustad dərsləri kamança ixtisası üzrə (12 dekabr) Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Arif Əsədullayev, nağara ixtisası üzrə (13 dekabr) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Təhmasib Məmmədov, violin ixtisası üzrə (14 dekabr)  Bakı şəhər Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayeva, akademik və estrada vokal ixtisası üzrə (15 dekabr) Bakı Musiqi Akademiyasının vokal kafedrasının baş müəllimi, Bakı şəhər M.Maqomayev adına 26 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi Dmitriy Babayev və fortepiano ixtisası üzrə (16 dekabr) isə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi, Əməkdar müəllim Kamilla Əmirova tərəfindən aparılıb. UMİM və UMM-nin kamança, nağara, violin, akademik və estrada vokal və fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil edilən ustad dərslərində müvafiq ixtisaslar üzrə tədris metodikası nümayiş etdirilib, ixtisasın spesifik xüsusiyyətləri peşəkar müəllimlər tərəfindən əyani şəkildə şagirdlərin üzərində göstərilib.

Qeyd edək ki, ustad dərslərdə kamança ixtisası üzrə 24 nəfər, nağara ixtisası üzrə 24, violin ixtisası üzrə  25,  akademik və estrada vokal üzrə 15 nəfər, fortepiano ixtisası üzrə isə 108 nəfər müəllim iştirak edib. Bundan başqa aparıcı bədii təhsil müəssisələrinin  istedadlı şagirdləri də ustad dərslərində çıxışlar ediblər.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib