Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilir
Müsahibədə Mədəniyyət Nazirliyində və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibatı vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək istəyən namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Dövlət İmtahan Mərkəzinin internet portalına daxil etdiyi müvafiq məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 1 oktyabr 2018-ci il tarixdən 1 noyabr 2018-ci il tarixədək (30 gün müddətində) elektron müraciət etməlidir.
Elan edilmiş ümumi müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi müsahibəyə çıxarılmış vakant vəzifələr:
1. |
Masallı Regional Mədəniyyət İdarəsi, məsləhətçi (1 yer) |
Vəzifə haqqında ətraflı məlumat |