Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, audiovizual sahədə fəaliyyət göstərən yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə
Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağın tarixi” mövzusunda elan olunan qısa videoçarxlar müsabiqəsinin nəticələri ilə əlaqədar bildiririk ki, təqdim olunan videoçarxlar kəmiyyət və keyfiyyət baxımından qənaətbəxş olmadığına, müsabiqə şərtlərini ödəmədiyinə və tələb olunan texniki göstəricilərə cavab vermədiyinə görə müsabiqə təxirə salınır.Qeyd edək ki, müsabiqəyə təqdim olunan işlərə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən, bu sahənin tanınmış mütəxəssislərindən ibarət Ekspert Şurası tərəfindən baxılıb.