Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1658

Yeni fəaliyyət strategiyaları müzakirə olunub

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən məqsədyönlü tədbirlər görülməkdədir. Hazırda müxtəlif sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyətində fasilələrin yaranmaması və lazımi işgüzar mühitin dəstəklənməsi məqsədilə vəzifə xidmətlərinin yerinə yetirilməsində yeni təhlükəsiz formatların axtarışı aktuallıq kəsb edir.

Mədəniyyət Nazirliyinin ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar mədəniyyət müəssisələrinin fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq əmrinə əsasən nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində müvafiq iclas keçirilib. Yaranmış vəziyyəti və müəssisənin qarşısında duran strateji vəzifələri nəzərə alaraq cari ilin mart 18-dən etibarən mərkəz tərəfindən bölgələrdə fəaliyyət göstərən müəssisələr üçün elektron mədəni “Consulting” xidmətləri göstəriləcək. Burada ilk növbədə müxtəlif profilli mədəniyyət müəssisələrin fəaliyyətinə dair metodiki məsləhətləşmələr, konkret mövzulara həsr olunmuş mühazirələr və müəssisə tərəfindən hazırlanmış metodiki vəsaitlərin təqdimatı da nəzərdə tutulur. Mədəniyyət sahəsində bir ilk olan “Elektron Mədəni Konsaltinq” çərçivəsində onlayn məsləhətləşmələr təşkil ediləcək və suallar aidiyyəti üzrə mütəxəssislər tərəfindən cavablandırılacaqdır.

Belə ki, muzey, mədəniyyət evləri, kitabxana, rəsm qalereyaları və digər profilli mədəniyyət müəssisələrin əməkdaşları konkret vəzifələrin icrası, kreativ təfəkkür, səriştə və yanaşmalarla bağlı elektron layihəyə fəal qoşularaq öz bilik və bacarıqlarını artırmaq imkanı qazana biləcəklər. Qeyd olunmalıdır ki, öncədən təqdim olunacaq cədvələ uyğun olaraq mərkəzin rəsmi internet sayt və “Facebook”, “Instagram” səhifəsi vasitəsilə mədəniyyət işçiləri sözügedən layihədən faydalana biləcəklər.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb