Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4032

Xalq rəssamı, görkəmli heykəltəraş Tokay Məmmədovun 90 illik yubiley sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci il oktyabr ayının 3-dən 7-dək Muzey Mərkəzində Xalq rəssamı, görkəmli heykəltəraş Tokay Məmmədovun 90 illik yubiley sərgisi keçiriləcəkdir. Sərginin açılışı 3 oktyabr 2017-ci il tarixində saat 18:30-da baş tutacaq.

Tokay Həbib oğlu Məmmədov ixtisas təhsilini əvvəlcə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1942-1945), daha sonra İ.E.Repin adına Sankt-Peterburq (keçmiş Leninqrad) Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1945-1951) almışdır. 1951-1958-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində müəllim işləmişdir. 1952-ci ildə Azərbaycan Rəssamlarının Qurultayında Azərbaycan Rəssamlar İttifaqının idarə heyətinin üzvü və məsul katibi seçilmişdir. Eyni zamanda 1957-ci ildə SSRİ Rəssamlar İttifaqı idarə heyətinin üzvlüyünə qəbul olunmuşdur. 1970-1972-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində çalışmışdır. 1966-cı ildən 1988-ci ilədək Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rəsm” kafedrasının müəllimi, 1988-1992-ci illərdə həmin institutda “Heykəltəraşliq” kafedrasının müdiri, 1992-ci ildən 2001-ci ilədək həmin kafedranın professoru vəzifələrində çalışmışdır. 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” kafedrasının professorudur. 1975-ci ildən SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvüdür. 1971-1975-ci illərdə Azərbaycan SSR Ali Sovetinin, 1977-1989-cu illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin üzvü seçilmişdir.

Tokay Məmmədov hələ tələbə ikən müxtəlif sərgilərdə iştirak etməyə başlamışdır. Onun əsərləri ilk dəfə 1951-ci ildə Moskvada keçirilən Ümumittifaq sərgisində uğurla nümayiş etdirilmişdir. Tokay Məmmədov dəzgah və monumental heykəltəraşlığı sahəsində çalışaraq, ağac, tunc və mərmərdən olan bir çox yaddaqalan portret və monumental əsərlər yaratmışdır. Nizami Gəncəvi, Üzeyir Hacıbəyov, Nəriman Nərimanov, Səməd Vurğun, Rüstəm Mustafayev, Mirzə İbrahimov, Frederik Şopen və başqa görkəmli şəxsiyyətlərin portretləri onun portret janrında ən uğurlu əsərləridir. Tokay Məmmədovun monumental heykəltəraşlıq sahəsində yaratdığı Məhəmməd Füzuli (Xalq Rəssamı Ömər Eldarovla birlikdə), “Nəsimi” (Xalq Rəssamı İbrahim Zeynalovla birlikdə), Üzeyir Hacıbəylinin abidələri paytaxt Bakının ümumi memarlıq görkəminə xüsusi gözəllik bəxş edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Bakıda ucaltdığı xalq qəhrəmanı Koroğlunun monumental atlı abidəsi sənətkarın monumental heykəltəraşlıq sahəsindəki yaradıcılığının müasir dövrünü əks etdirir. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır.

Tokay Məmmədovun çoxillik bədii yaradıcılıq və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Heykəltəraşa 1962-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1973-cü ildə isə Xalq rəssamı fəxri adları verilmişdir. 1978-ci ildə Azərbaycan, 1982-ci ildə isə SSRİ Dövlət mükafatları ilə mükafatlandırılmış, 1959-cu ildə  “Fəxri fərman” ordeni, 1986-cı ildə “Xalqlar dostluğu” ordeni, 1977-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Tokay Məmmədovun yaradıcılığı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə də yüksək qiymətləndirilmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sərəncamına əsasən Tokay Məmmədov 2002-ci ildə “Şöhrət”, 2012-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şərəf” ordeni ilə təltif olunmuşdur. Görkəmli tişə ustası Tokay Məmmədov Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.

Sərgidə nümayiş etdirilən əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilmişdir.

XƏBƏRLƏR

01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 14:57
Mədəniyyət naziri İordaniya şahzadəsi və Səudiyyə Ərəbistanından olan həmkarı ilə görüşüb
01.05.2024 11:35
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
30.04.2024 13:05
Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29.04.2024 14:22
Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunub
29.04.2024 09:49
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna xarici iştirakçılar üçün qeydiyyat prosesi uğurla başa çatıb
26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı