Xalq artisti Dinara Əliyevanın iştirakı ilə Parisdə “Madam Batterflay” operası nümayiş etdiriləcək
1417
13.09.2019
13.09.2019 10:35
Sentyabrın 13-dən noyabrın 14-dək Parisdə Bastiliya Operasında C.Puççininin “Madam Batterflay” operası nümayiş etdiriləcək.
Oktyabrın 12, 26 və 29-da, noyabrın 1, 6 və 9-da səhnə əsərində Çio-Çio-sanın partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva (soprano) ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Böyük Teatrın solistidir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransada və Çexiyada “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015, 2017 və 2019-cu illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.