V.V.Andreyev adına Sankt-Peterburq Akademik rus Orkestrinin baş dirijoru Dmitri Xoxlov Bakıda çıxış edəcək
1564
14.08.2019
14.08.2019 09:41
Azərbaycan Dövlət Akademik Filarmoniyasında V.V.Andreyev adına Sankt-Peterburq Akademik rus Orkestrinin baş dirijoru Dmitri Xoxlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq.
Konsert proqramı Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.
Proqramda görkəmli bəstəkarlar Ü.Hacıbəyli, F.Əmirov, Q. Qarayev, A.Məlikov və başqalarının əsərləri səsləndiriləcək.