33 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçiriləcək
2528
13.09.2019
13.09.2019 04:56
16 sentyabr 2019-cu il, saat 16:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 33 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, bu il məktəbin yaranmasının 35 illik yubileyidir.
33 nömrəli Uşaq Musiqi Məktəbi 1984–cü ildə Nizami rayon, R.Rüstəmov küçəsi 35 ünvanında fəaliyyətə başlamışdır. 2018-ci ilin noyabr ayından musiqi məktəbində əsaslı təmir işlərinə başlanılmışdır.