01.06.2020 11:49
Ölkə başçısının Sərəncamı ilə bu il maarifpərvər yazıçı, görkəmli dramaturq, teatr təşkilatçısı, milli mücadilə tarixində silinməz izi olan Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi qeyd olunur. Sumqayıt Dövlət Dram Teatrı Ə.Haqverdiyevin 150 illiyi çərçivəsində ədibin "Kimdir müqəssir” əsərini repertuar planına daxil edib.
Tezliklə tamaşanın onlayn təqdimatı baş tutacaq. Tamaşanın rejissoru Fuad Kazımov mövcud vəziyyətlə bağlı onlayn məşqlər aparır.
Sumqayıt Dövlət Dram Teatrı “YouTube” kanalı, “Instagram” və “Facebook” hesabları vasitəsilə tamaşaçılarla xüsusi karantin şəraitində virtual aləmdə daha sıx ünsiyyət qurmağa çalışır.