Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1029

İspaniyalı turistlər Lənkəranın Xan sarayına baş çəkiblər

Lənkəranda turistlərin ən çox üz tutduğu məkanlardan biri də hazırda Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərən, tarixi mədəniyyət abidəsi olan Xan evidir. Lənkəranın ilk çoxmərtəbəli tarixi binasını bu yay xeyli əcnəbi turist ziyarət edib. Rayonun gəzməli-görməli yerlərinə baş çəkən 32 nəfərlik ispaniyalı turist heyəti Tarix-Diyarşünaslıq Muzeyində sərgilənən eksponatlarla böyük maraqla tanış olublar.

Lənkəran xanlarının sonuncusu olan Mirəhməd Xan bu sarayı həyat yoldaşı Tuğra xanım Tiflisdə keçirilən Zaqafqaziya gözəllik müsabiqəsində uğur qazandığına görə 1913-cü ildə onun şərəfinə tikdirib. Binanın layihəsi fransalı memar tərəfindən hazırlanıb. Abidənin tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunub. Onun fasadı əlvan naxışlarla zəngindir. Bina tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib. Xan sarayı həm Qərb, həm də Şərq memarlıq elementlərini özündə birləşdirir. Bu da binaya xüsusi orijinallıq və gözəllik verməklə, yerli turistlərlə yanaşı, əcnəbi turistlərin də marağına səbəb olur.

İspaniyalı turist Pakio Simo ilk dəfədir Azərbaycana səfər edir. Bakıda Şirvanşahlar sarayını və Qız qalasını ziyarət edən əcnəbi turist deyib: “Biz, həmçinin Qobustan muzeyində də olmuşuq. Gözəl muzeydir. Cənub bölgəsi, xüsusilə Lənkəran muzeyindəki qədim əşyalar da maraqlıdır. Qədim pullar, milli geyimlər, məişət əşyaları hamısı keçmiş dövr haqqında fikir oyadır. Bütün bunlar bizdə xoş təəssürat yaradır”.

Marivel Qanderes: “İspaniyadan bura qrup şəklində gəlmişik. Səkkiz gündür Azərbaycandayıq. Bakı çox xoşuma gəldi. Azərbaycan bizim ölkəmizdən fərqlidir. Təbiəti, tarixi bizim üçün çox maraqlıdır. Öyrəndik ki, Lənkəran ölkənizin cənubunda, İranla sərhəddə yerləşir. Burada eksponatların hər birinə baxdıq. Muzey haqqında bizə maraqlı məlumatlar verildi. Bu haqda biz də öz ölkəmizdə dostlarımıza danışacağıq”.

İspaniyalı turistləri heyran edən muzeyin əsas fondunda 7 minə yaxın eksponat var ki, onların da çoxu ekspozisiyada nümayiş olunur. Belə bir tarixi mədəniyyət abidəsi olan muzeyin qapıları ziyarətçilərin üzünə daim açıqdır və Xan sarayı gələnlərə həmişə keçmişi göstərməyə hazırdır.

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin fond müdiri İlham Quliyev deyib: “İl ərzində yerli turistlərlə yanaşı, xarici qonaqlar da muzeyimizi ziyarət edirlər. Qədim dövrə, tunc dövrünə aid əşyalar əcnəbi turistlərə çox maraqlı gəlir. Cənub bölgəsinin etnoqrafiyası və milli folklorumuz, mətbəximizə aid nümunələr, bəzək və məişətdə istifadə olunmuş əşyalar onların diqqətini cəlb edir”.

Bu ilin 8 ayında Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini 19 min 315 turist ziyarət edib. Onların da 908 nəfəri xarici turistlərdir. Ümumilikdə isə yay mövsümündə Lənkərana 15 minə yaxın turist gəlib. Bunların da 15 faizi əcnəbi turistlər olub.

XƏBƏRLƏR

28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib