6-13 sentyabr 2019-cu il tarixində Qəbələdə Azərbaycanın tanınmış rəssamlarının iştirakı ilə “Art Zone Week” adlı rəngkarlıq simpoziumu keçirilmişdir.
Sosial yönümlü bu layihəinin əsas məqsədi rəssamların gözü ilə Qəbələni respublikamızın əsrarəngiz bölgəsi kimi təşviq etməklə bərabər, rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlıq sahəsinə marağı və həvəsi olan gənclərə “Ustad dərsləri” keçirməkdir.
Simpoziumda iştirak edən Azərbaycanın Əməkdar rassamları Müseyib Əmirov, Elyar Əlmirzəyev ,Yelena Haqverdiyeva və Vüqar Məmmədov sentyabrın 12-də Qəbələ rayon Mədəniyyət Mərkəzinin foyesində gənc həvəskar rəssamlarla görüş keçirdilər. Tədbiri giriş sözü ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşı Nargilə Qafarova açdı. Sonra rəssamlar qrupunun rəhbəri Şakir Eminbəyli tədbir haqqında ətraflı məlumat verdi və öz fikirlərini bölüşdü.
Daha sonra tədbir iştirakçıları sərgiyə baxış keçirdi. Sonda rəssamlar Qəbələ Dövlət Rəsm Qalareyasında ustad dərsləri təşkil etdilər.