Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1618

Peşəkar kitabxanaçılar arasında debat keçirilib

Respublikada yaranmış sosial izolyasiya və karantin dövrü ərzində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi rəqəmsal fəaliyyəti çərçivəsində bu sahədə çalışan əməkdaşların ixtisasartırma və peşə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə öz rəqəmsal layihələrini davam etdirir.

Mövcud vəziyyətin zəruri ehtiyacını nəzərə alaraq, regionlarda mədəniyyət sahəsində çalışan əməkdaşların ixtisasartırma təlimləri ilə tam əhatə olunması məqsədilə iyunun 30-da mərkəz tərəfindən Zoom proqramı vasitəsilə “Rəqəmsal cəmiyyətdə kitabxanaların fəaliyyəti: mövcud problemlər” mövzusunda debat təşkil olunub.

Şəhər (rayon) Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) direktorlarının, o cümlədən Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) MKS-in direktoru Elmira Əliyeva, Xaçmaz RMİ-i Qusar MKS-nin direktoru Zahir Mustafayev, həmçinin Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Natiq Mürsəlov, Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının İnformasiya Resursları şöbəsinin müdiri Ruhiyyə Məmmədova, həmçinin AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarovanın iştirak etdiyi debatda mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev, elmi katibi Cavid Əliyev, şöbə müdirləri Nəzakət Rəhmanova, Nurəddin Babazadə, mərkəzin əməkdaşları Şəhla Quliyeva, Pakizə Almazova, Aygün Hüseynova, Sadiq Musayev mövzu ilə bağlı çıxış ediblər.

MKS tərəfindən müasir və cəlbedici xidmətlərin göstərilməsi məqsədilə əməkdaşlarda kreativ peşə təfəkkürünün formalaşması prioritet vəzifələrdən biri olduğunu vurğulayan mərkəzin direktoru A.Usubəliyev bu məqsədlə qabaqcıl təcrübədən geniş istifadə olunacağını bildirib. O qeyd edib ki, işə yaradıcı yanaşma, fərdi inkişaf və sağlam rəqabət bu sahədə çalışan hər bir əməkdaşın mütləq keyfiyyətlərindən olmalıdır. Yalnız bu halda kitabxanaların davamlı inkişafından danışmaq olar. Ölkə rəhbərliyi tərəfindən sahəmizə ayrılan strateji diqqət daha çox çalışmağı, mədəniyyətimizin qorunması, habelə tanıdılması istiqamətində dayanmadan effektiv yeniliklərdən istifadə olunmasını tələb edir.

Təşkil olunan debat çərçivəsində kitab oxuma mədəniyyətinin aşılanması və müəssisələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi məsələləri də müzakirə olunub.

Tədbirdə xüsusən vurğulanıb ki, mərkəz tərəfindən 2019-ci ildə məhz MKS işçiləri üçün “Bölüşərək zənginləşək” şüarı altinda yeni tədris modullu ixtisasartırma təlimlər təşkil olunaraq, dinləyicilərə beynəlxalq standartlara cavab verən sertifikatlar təqdim edilib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi