Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4190

Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri Daşkənddə özbək dilində işıq üzü görüb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Daşkənddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində çapdan çıxıb.

Əsəri özbək dilinə Özbəkistanın Xalq şairi Kamal tərcümə edib. Nəşrdəki “Ön söz”ün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, layihənin rəhbəri AMM-in direktoru Samir Abbasov, məsləhətçiləri Özbəkistan Milli Elmlər Akademiyasının bölmə müdiri, professor İbrahim Haqqulov və azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyeva, redaktoru dosent Gülbahar Aşurova, nəşrə məsul filologiya elmləri namizədi Kərimulla Məmmədzadədir.

“Nizaminin qocalmayan gözəlləri” adlı “Ön söz”də Rafael Hüseynov Şərq intibahının müstəsna simalarından olan Nizamini son min ilin ərəb, fars, türk, hind və digər dillərdə yazıb-yaradan bütün şairləri ilə müqayisə edərək belə bir nəticəyə gəlir ki, heç bir qələm sahibi özündən sonrakı ədəbi fikrin inkişafına onun qədər müsbət təsir göstərməyib. Akademik vurğulayıb ki, Nizami pak və təmənnasız məhəbbətin cazibədar mənzərələrini əvvəlki əsərlərində – “Xosrov və Şirin”, “Leyli və Məcnun”da vəsf edib, növbəti əsəri “Yeddi gözəl”də isə həmin xətti davam etdirir, antik və müsəlman mütəfəkkirlərinin mülahizələrini təzədən işləyib, öz sələflərinin təlimlərindən tamamilə fərqlənən, keyfiyyətcə yeni məhəbbət konsepsiyası yaradır.

Yazıda Nizami Gəncəvinin özbək ədəbiyyatına təsiri, Əlişir Nəvainin dahi Nizamidən bəhrələnərək türk dilində “Xəmsə” yaratması, tarixin müxtəlif sınaqlarından çıxmış Azərbaycan-Özbəkistan dostluq ənənələrinin davam etdiyi vurğulanır və dahi şairimiz Nizaminin bu gün Azərbaycanda olduğu qədər Özbəkistanda da sevildiyi qeyd olunur.

Özbək dilində hazırlanan nəşrdə AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunda Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə aid saxlanılan miniatürlərdən istifadə olunub

AMM-nin direktoru Samir Abbasov deyib ki, artıq dahi şairin “Xəmsə”yə daxil olan əsərləri özbək dilinə çevrilib və Daşkənddə nəşr olunub. O, Azərbaycan və dünya ədəbiyyatının nadir incisi olan “Xəmsə”nin özbək dilinə tərcüməsi və nəşrinin qardaş ölkə ictimaiyyəti arasında rəğbətlə qarşılandığını və gələcəkdə Nizami irsinin öyrənilməsi, tədqiqi istiqamətində yeni imkanların açacağına ümid etdiyini bildirib. Nizami Gəncəvi şəxsiyyətinin, irsinin bir daha Azərbaycan xalqının istedadını, böyük mədəniyyət, ədəbiyyat yaratdığını söyləyən S.Abbasov onun Şərq və türk poeziyasının mədəniyyət tarixində yeni səhifə açdığını və misilsiz poemalar yaratmaqla Yaxın və Orta Şərq ədəbiyyatı və incəsənətinin inkişafına töhfələr verdiyini qeyd edib.

Nəşrin Özbəkistan və Azərbaycanda təqdimat mərasimlərinin keçiriləcəyini qeyd edən S.Abbasov “Yeddi gözəl” əsəri ilə “Xəmsə”nin bütövlükdə özbək dilinə tərcüməsi layihəsinin başa çatdığını və AMM tərəfindən bu nadir əsərlərin hər iki ölkənin kitabxanalarına, elm, tədqiqat müəssisələrinə əvəzsiz olaraq göndəriləcəyini bildirib.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib