Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1169

Mərkəzi İncəsənət məktəbində “BAYRAĞIMIZ- QÜRURUMUZDUR!” adlı tədbir keçirildi

7 noyabr 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nərimanov Rayon İcra Hakimiyyəti, YAP Nərimanov rayon və YAP Xətai rayon Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız-qürurumuzdur!” adlı tədbir keçirildi.

Məktəbin xor kollektivi, Respublikanın Əməkdar müəllimi Zenfira Nurullayevanın rəhbərliyi ilə Azərbaycan Respublikasının Dövlət Himninin canlı ifası, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının Üvertürasının səsləndirilməsi ilə Dövlət bayrağının səhnəyə gətirilməsi ilə başlanan tədbirdə Bayraq gününə həsr olunmuş videoçarx təqdim olundu.

Tədbirdə millət vəkili Hikmət Babaoğlu, YAP Nərimanov rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Gənclər Birliyinin ofis rəhbəri Elmar Məmmədovla yanaşı hər iki rayonun fəal gəncləri  iştirak edib.Tədbirdə çıxış edənlər bayrağımızın tarixi barədə ətraflı məlumat veriblər.

“Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində Azərbaycanın müxtəlif diplomatik nümayəndəlikləri üzərində dalğalanır. Beynəlxalq tədbirlərdə, idman yarışlarında qaldırılır və bu hər bir soydaşımızın qəlbini iftixar hissi ilə doldurur. Xalqımızın ən böyük arzusu bayrağımızın işğal olunmuş ərazilərimizdə dalğalanmasını görməkdir.” – deyə tədbirdə vurğulanıb.

Dövlət Bayrağının hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfi, qüdrəti olduğu və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında böyük rol oynadığı xüsusi vurğulandı.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdi. Musiqişünas Pərvin Səfərli qonaqlara Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin şagirdlərinin ifasında vətənpərvər ruhda səslənən bir-birindən maraqlı musiqi nömrələri təqdim etdi: müəllim Nuray Bayramova (A.Bəbirov: “Prelüd-skerso”), Nigar Rəhimova (Ü.Hacıbəyov: ”Çırpınırdı  Qara dəniz”), “Alov” (“Bayraq” rəqsi), “Səbinə” (“Sarı gəlin” rəqsi) rəqs kollektivləri, UESS estrada sinfinin  (M.Vəkilov: “Ey, Azərbaycanım!”) çıxışları dinləyicilər tərəfindən alqışlarla qarşılandı. Musiqi nömrələrinin ifası zamanı maraqlı videomaterialların nümayişi tədbirə xüsusi rəng qatdı.

Solistlər Mənzurə Abdurahmanova, Rabil Şirəliyev, xor və rəqs sinfinin ifasında  “Vətənim Azərbaycan!” mahnısının möhtəşəm ifası və qonaqların gurultulu alqışları ilə tədbir yekunlaşdı.

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir