16.09.2019 11:01
Sentyabrın 20-də A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı kollektivi rusdilli tamaşaçıları üçün iki səhnə əsəri -“Pişiyin evi” və “Qoğal”ı təqdim edəcək.
Tamaşaçılar həmin gün saat 12.00-da “Pişiyin evi”ni, 16.00-da isə “Qoğal”ı rus dilində izləmək imkanı qazanacaq.
Qeyd edək ki, sənət ocağının səhnəsində bu ay ərzində rusdilli tamaşaçılar üçün 6 səhnə əsəri nümayiş olunacaq.